Modern.az

Lotereya tarixində ikinci ən böyük uduş

Lotereya tarixində ikinci ən böyük uduş

23 Yanvar 2021, 14:00

ABŞ-ın “Mega Millions” lotereyasının Miçiqan ştatında satılan biletinə 1 milyard dollarlıq uduş düşüb.

 

Modern.az lotereyanın saytına istinadən xəbər verir ki, bu, 739,6 milyon dollar nağd pul deməkdir.

 

Bu məbləğ lotereyanın tarixində ikinci böyük uduşdur. Belə ki, 2018-ci ildə Cənubi Karolinada 1,5 milyard dollarlıq uduş düşən bilet satılmışdı.

 

Ötən gün “AP” xəbər verib ki, “Powerball” lotereyasının Mariland ştatında satılmış biletin sahibi cekpot çıxararaq külli miqdarda uduşun sahibi olub. Həmin uduş sahibinə 29 il ərzində 30 hissə ilə 731,1 milyon dollar köçürülə, yaxud birdəfəlik 546,8 milyon dollar ödənilə bilər.

 

Nəzrin Vahid

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər