Arxiv
23 Yanvar 2021, 17:11 | AKTUAL
AQTA epizootik vəziyyətlə bağlı vətəndaşları diqqətli olmağa çağırır

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) tərəfindən daxil olan məlumatlara əsasən cari mövsümdə dünyanın bir sıra ölkələrində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb və hazırda xəstəliyin yayılma arealı genişlənməkdə davam edir.

 

Modern.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, daxil olan məlumatların təhlili göstərir ki, xəstəliyin törədicisi əksər hallarda vəhşi quşlar vasitəsilə yayılır və ev quşlarının yoluxması xəstə vəhşi quşlarla təmas nəticəsində baş verir.

 

Köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu xəstəliyin yayılma riskini artırır ki, bunun qarşısının alınması üçün vətəndaşlar tərəfindən aşağıdakı zəruri tələblərə əməl olunması vacibdir:

- Ailə təsərrüfatlarında və müxtəlif həcmli fermer təsərrüfatlarında quşların yalnız qapalı şəraitdə saxlanması, təsərrüfatda olan quşların, həmçinin quşların yemlənməsi üçün istifadə olunan yemlərin vəhşi quşlarla təmasının qarşısının alınması;

- Ölü halda çöl və ev quşlarına rast gəldikdə bu barədə aidiyyəti üzrə məlumat verilməsi (AQTA-nın “1003-Çağrı Mərkəzi” və regional bölmələri, rayon baytarlıq idarələri və s.);

- Quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.) gigiyena qaydalarına ciddi şəkildə əməl olunması və sanitariya-gigiyena tələblərinin gözlənilməsi;

- Quşların nəqliyyat vasitələrində açıq şəkildə, baytarlıq nəzarətindən kənar və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmaması;

- Quşların açıq şəkildə satılmasına və ya yol kənarlarında, ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və digər yerlərdə diri halda satışının, yaxud nümayiş olunmasının həyata keçirilməməsi;

- Qoruq ərazilərində, parklarda, dəniz kənarında və digər açıq ərazilərdə vəhşi və sinantrop (yaşayış yerlərində məskunlaşmış göyərçin, sərçə, qarğa və s.) quşlarla təmasa yol verilməməsi;

- Təsərrüfatlara başqa təsərrüfatlardan quş, yem və qulluq əşyalarının gətirilməməsi və s.

Bununla əlaqədar AQTA vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa, eyni zamanda xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmağa, şübhəli hallarla bağlı dərhal aidiyyəti üzrə məlumat verməyə çağırır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əlindəki fənər 6 yaşlı uşağı xilas edib... – Xocalı soyqırımı ilə bağlı film 25 Fevral 2021, 21:01 AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır 25 Fevral 2021, 20:50 Ermənistanın baş qərargah rəisi daha 8 gün vəzifəsində qalacaq 25 Fevral 2021, 20:44 Ermənistanda revanşistlərin A planı baş tutmadı, B planına əl atdılar - ŞƏRH 25 Fevral 2021, 20:42 ATƏT PA-da Xocalı canilərinin cəzalandırılması tələb edildi - VİDEO 25 Fevral 2021, 20:31 Putin Paşinyanla danışdı: “Təmkinli olun” 25 Fevral 2021, 20:27 Azad edilmiş ərazilərdə “ağıllı şəhərlər”, “ağıllı kəndlər” sistemi yaratmağı planlaşdırırıq - Prezident 25 Fevral 2021, 20:16 “Ermənistandakı çevriliş cəhdini qınayırıq” - Türkiyə prezidentinin sözçüsü 25 Fevral 2021, 20:05 Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26-na olan cədvəli 25 Fevral 2021, 19:51 Rusiya Müdafiə Nazirliyindən “İsgəndər” AÇIQLAMASI 25 Fevral 2021, 19:40 Şoyqu Ermənistanın müdafiə nazirinə zəng etdi 25 Fevral 2021, 19:32 Ceyhun Bayramov İsrail səfirini qəbul edib 25 Fevral 2021, 19:17 Sabah bu yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq 25 Fevral 2021, 19:05 ATƏT sədri Azərbaycana səfər edəcək 25 Fevral 2021, 18:58 Ana Vətən Partiyasından Xocalı bəyanatı 25 Fevral 2021, 18:52 Vətən müharibəsi memorial kompleksinin ilk eksponatları - FOTOLAR 25 Fevral 2021, 18:40 Pakistanlı general Bakıya gəldi 25 Fevral 2021, 18:35 Ermənistan müxalifəti Paşinyanla dialoqu rədd etdi 25 Fevral 2021, 18:23 Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri... 25 Fevral 2021, 18:10 Bostonda Xocalı soyqırımı anılacaq 25 Fevral 2021, 18:03 İlham Əliyev “Dostluq” yatağı ilə bağlı yeni İşçi Qrup yaratdı - SİYAHI 25 Fevral 2021, 18:00 Prezident “Signify”  şirkətinin baş icraçı direktorunu videoformatda qəbul edib 25 Fevral 2021, 17:54 "Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib  25 Fevral 2021, 17:48 Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib 25 Fevral 2021, 17:42 “Xocalı fəryadı” adlı ədəbi-bədii musiqili kompozisiya hazırlanıb - FOTOLAR 25 Fevral 2021, 17:37 Əli Hüseynli: “Hərbi qulluqçular daim dövlətin diqqət mərkəzindədir”   25 Fevral 2021, 17:32 Srebrenitsa anaları Ağdam məscidində oldular 25 Fevral 2021, 17:29 Bu rayonlarda qarın yağması davam edir- FAKTİKİ HAVA 25 Fevral 2021, 17:28 Avtomobil yollarındakı son VƏZİYYƏT 25 Fevral 2021, 17:24 Xocalıda baş verənlər nə üçün soyqırımıdır? 25 Fevral 2021, 17:20 Azərbaycan və Çexiya parlament dostluq qrupları görüşdü 25 Fevral 2021, 17:17 Azərbaycanın milli parklarından qış mənzərələri - FOTOLAR 25 Fevral 2021, 17:12 Qarabağda ermənilər tərəfindən dağıdılmış qəbiristanlıqlar 25 Fevral 2021, 17:07 Yoluxanlar azaldı, sağalanlar artdı 25 Fevral 2021, 17:02 “Azəriqaz”da İctimai Şuranın təşkilinə dair ilk iclas keçirilib 25 Fevral 2021, 16:59