Modern.az

Türkiyə qaçırılan dənizçilərin xilas edilməsi üçün hərəkətə keçdi

Türkiyə qaçırılan dənizçilərin xilas edilməsi üçün hərəkətə keçdi

24 Yanvar 2021, 08:30

Türkiyə rəsmiləri Nigeriya sahillərində "Mozart" adlı yük gəmisinin dəniz quldurları tərəfindən qaçırılan heyət üzvlərinin tapılması istiqamətində fəaliyyətlərə başlayıb.

 

Modern.az "Anadolu"ya istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə gəminin dördüncü kapitanı Furkan Yaren arasında telefon danışığı olub, son vəziyyətlə bağlı məlumat verilib. Hazırda gəminin Qabona doğru hərəkət etməsi ilə bağlı məlumat əldə olunub.

 

M.Çavuşoğlu gəminin məxsus olduğu şirkətin icraçı direktoru Osman Levent Karsanla da telefonla danışaraq qaçırılan gəmiçilərin ən qısa zamanda evlərinə qaytarılması istiqamətində bütün imkanların səfərbər ediləcəyini bildirib.

 

Məlumatda Türkiyənin başda Abuja olmaqla Nigeriya və qonşu ölkələrdəki bütün səfirliklərinin qaçırılan heyət üzvlərini xilas etmək üçün səfərbər olduğu qeyd edilir.

 

Xatırladaq ki, Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.

 

Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...