Modern.az

Pentaqon rəhbəri: ABŞ Çinlə mübahisəli adanı qoruyacaq  

Pentaqon rəhbəri: ABŞ Çinlə mübahisəli adanı qoruyacaq  

Dünya

24 Yanvar 2021, 09:51

Pentaqonun yeni rəhbəri Lloyd Ostin və Yaponiya müdafiə naziri Nobuo Kisi arasında telefon danışığı olub.

 

Modern.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, L. Ostin yaponiyalı həmkarına  ABŞ-ın Çinin iddia etdiyi Senkaku adasını qoruyacağını vəd edib.

 

Pentaqon rəhbəri qeyd edib ki, ABŞ və Yaponiya arasında təhlükəsizliklə bağlı müqavilənin 5-ci bəndi Senkaku adasının da əhatə edir və Vaşinqton Şərqi Çin dənizində statsu-kvonun dəyişdirilməsinə yönələn istənilən cəhdə qarşıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü