Modern.az

Daha bir ölkədə kütləvi vaksinasiya başlayır

Daha bir ölkədə kütləvi vaksinasiya başlayır

24 Yanvar 2021, 11:22

Bu gün Misirdə yeni növ koronavirusa qarşı kütləvi vaksinasiya başlayacaq.

 

Modern.az “TASS”a istinadən xəbər verir ki, bu barədə respublika Prezidenti Əbdülfəttah əs-Sisi bildirib.

 

İlk növbədə karantin hospitalları, həmçinin ümumi profilli xəstəxanalarda çalışan 207 min tibb işçisi peyvənd olunacaq.

 

Pandemiyanın başladığı vaxtdan Misirdə koronavirus səbəbindən 200-dən çox həkim dünyasını dəyişib. Vaksinasiya xroniki xəstəliyi olanları və yaşlı insanları da əhatə edəcək. Sonrakı illərdə ölkənin bütün əhalisi vaksinasiya ediləcək.  

 

Daha əvvəl Misir Çinin “Sinopharm” əczaçılıq korporasiyasının istehsalı olan vaksinin təcili istifadəsini təsdiqləmişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır