Modern.az

Moskvada keçirilən aksiyalarda 10-dan çox insan xəsarət aldı

Moskvada keçirilən aksiyalarda 10-dan çox insan xəsarət aldı

24 Yanvar 2021, 14:10

Polis şənbə günü Moskvada razılaşdırılmamış aksiyada xəsarət almış 10-dan artıq şəxsin tibbi yardım üçün müraciətləri üzrə yoxlama aparır.

 

Modern.az xəbər verir ki, bu barədə “TASS”a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

 

“Xəstəxanalardan polisə 17 yaşdan 55 yaşadək səkkiz kişi və 17 yaşdan 55 yaşadək dörd qadının tibbi yardım üçün müraciət etmələri barədə telefonoqramlar daxil olub”, - agentliyin həmsöhbəti deyib.

 

Daha bir 17 yaşlı yeniyetmə izdihamda zərər çəkib. Bütün faktlar üzrə yoxlamalar aparılır.

 

Qeyd edək ki, yanvarın 23-də Moskvada bir müddət əvvəl saxlanılan müxalifətçi Aleksey Navalnya dəstək aksiyası keçirilib. “TASS”ın tibb dairələrindəki mənbəsinin məlumatına görə, hüquq-mühafizə orqanlarının 42 əməkdaşı müxtəlif dərəcədə bədən xəsarəti alıb. Etirazçılar arasında da xəsarət alanlar var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır