Arxiv
25 Yanvar 2021, 11:32 | AKTUAL
İnkişafın Qarabağ modeli qurulacaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Qarabağın inkişafı sahəsində araşdırmalarını davam etdirir.

 

Mərkəzdən Modern.az-a verilən məlumata görə, Bu barədə məlumat verən Mərkəzin rəhbəri, iqtisad elmləri doktoru Vüsal Qasımlının fikrincə, Qarabağın reinteqrasiyası ilə Azərbaycan iqtisadiyyatında kapital artacaq: "2021-ci ilin dövlət büdcəsindən ayrılan 2,2 milyard manat vəsait ilə yanaşı, dövriyyəyə cəlb olunan milli sərvət - torpaq, meşə, su, faydalı qazıntı, əmlak və mədəni sərvətlər kapitalın həcmini - əsas fondları artırır.

 

Azərbaycanda əmək ehtiyatlarının sabit qaldığı şəraitdə kapitalın - əsas fondların çoxalması kapitaltutumlu iqtisadi artımı sürətləndirir. Yaradılan yeni əsas fondlar müasir texnologiyalara əsaslandığından daha çox fondverimliliyi, yəni hər manat kapitala düşən məhsulu artıracaq. Digər tərəfdən də, Solou modelinə görə Qarabağda kapital qoyuluşu sıfırdan başladığına və tarazlıq nöqtəsinə (steady-state level) məsafə çox olduğuna görə daha çox dəyər yaradacaq. Necə ki, İkinci Dünya müharibəsindən sonra Almaniya və Yaponiya dağıntların üzərində rəqabətqabiliyyətli iqtisadiyyat qurdular. Qarabağda dövlət sərmayələri katalizator, qeyri-dövlət sərmayələri isə drayver olacaq. Təsadüfi deyil ki, bu günlərdə Standard & Poor's (S&P) agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren kredit reytinqini "BB+/B" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "mənfi"dən "stabil"ə yüksəldib. Agentlik bunu Qarabağın azad olunması və atəşkəs razılaşmasının imzalanması nəticəsində təhlükəsizliyin, maliyyə sektorunun və tədiyyə balansının risklərinin azalması ilə əsaslandırıb”.

 

Vüsal Qasımlının fikrincə, iqtisadi artıma təsir göstərəcək daha iki amil var: "İqtisadiyyatın özünün səmərəliliyi və insan kapitalı. Prezident İlham Əliyev Qarabağda yeni, daha səmərəli idarəetmə modelinin anonsunu verdi, hətta Prezidentin xüsusi nümayəndəliyi institutunun yaradılması barədə göstəriş verildi, Qarabağ Dirçəliş Fondu yaradıldı. Bu, inkişafın Qarabağ modelinin əsasının qoyulmasıdır və uğur qazanacağı təqdirdə Azərbaycanın qalan ərazisində də tətbiq ediləcək. Qarabağda smart region yanaşması tətbiq edilir: müasir şəhərsalma, 4-cü sənaye inqilabının çağırışlarına uyğun yanaşma, xarici kapital və ən əsası yeni idarəetmə modeli. Ermənistan üçün yükə və buxova çevrilən Qarabağ, Azərbaycan üçün inkişafın drayveri və ilham mənbəyidir."

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyalı hərbçilər Qazaxla sərhəddə nə edir? – FOTO 8 mart 2021, 17:40 Daha bir ölkə turistlər üçün karantin müddətini azaldacaq 8 mart 2021, 17:29 Azərbaycan əsilli iş adamı 1 həftəyə 1,2 milyard dollar QAZANDI 8 mart 2021, 17:07 Ukraynada oynayan futbolçu Azərbaycan yığmasının üzvü ola bilər 8 mart 2021, 16:45 Bəşər Əsəd koronavirusa TUTULDU 8 mart 2021, 16:36 Bu ölkədə 8 Mart aksiyaları qadağan edilib 8 mart 2021, 16:18 Bakıda feministlər aksiya keçirməyə cəhd etdi – DİN-dən AÇIQLAMA 8 mart 2021, 16:06 Roma papasının İraqa səfəri başa çatıb 8 mart 2021, 16:01 Daha bir şəhidimizin övladı dünyaya gəldi 8 mart 2021, 15:53 Azərbaycanda bir daha mənim kimi Şəhid Xanımları olmasın! 8 mart 2021, 15:39 Ölüm vadisi 530 – Ağdərə cəbhəsindəki ağır DÖYÜŞ 8 mart 2021, 15:32 Universitet professoru vəfat etdi 8 mart 2021, 15:29 Qarabağda erməni zabitlərin həbsinə BAŞLANILDI 8 mart 2021, 15:23 İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb 8 mart 2021, 15:08 Azərbaycan diasporu 8 Martı necə qeyd edir? – Diaspor liderləri ilə SORĞU 8 mart 2021, 14:55 Livanda etirazçılar əsas yolları bağlayıb 8 mart 2021, 14:44 ABŞ Türkiyəyə sanksiya tətbiq etdi, Ankara çıxış yolu TAPDI 8 mart 2021, 14:31 Kürdə batan şəxsin meyiti tapıldı 8 mart 2021, 14:14 Türkiyədə 31 FETÖ üzvü saxlanılıb 8 mart 2021, 14:03 BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi 8 mart 2021, 13:40 Bakıda “Niva” ilə “Mercedes” toqquşdu - Ölən var 8 mart 2021, 13:32 Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır 8 mart 2021, 13:25 Böyük qayıdışın bir addımlığında növbəti dəfə bayramı qeyd edirik 8 mart 2021, 13:17 Zəngilanda postlar quruldu - Təhlükəsizlik tədbirləri gücləndirildi 8 mart 2021, 13:10 Ceyhun Bayramov Azərbaycan xanımlarına təşəkkür etdi 8 mart 2021, 13:03 İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər saxlanıldı 8 mart 2021, 12:57 Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər - FOTOLAR 8 mart 2021, 12:50 Ermənilərin viran qoyduğu Zəngilanın Qaragöz kəndi - VİDEO 8 mart 2021, 12:42 Bağlanan banklarda kompensasiya ödənişləri 93 faizi təmin olunub 8 mart 2021, 12:35 FHN Badamdardakı sürüşmə ilə bağlı məlumat YAYDI 8 mart 2021, 12:28 Sabahın hava PROQNOZU 8 mart 2021, 12:21 Bir ananın monoloqu... 8 mart 2021, 12:14 Baş Prokuror Azərbaycan xanımlarını təbrik etdi 8 mart 2021, 12:07 Nazirlik Badamdardakı sürüşmənin səbəbini AÇIQLADI 8 mart 2021, 12:00 Qubada alma yeşikləri yük maşınından yola dağıldı - Fotolar 8 mart 2021, 11:54