Modern.az

30 prokurorluq işçisi CƏZALANDIRILIB

30 prokurorluq işçisi CƏZALANDIRILIB

25 Yanvar 2021, 15:42

2020-ci ildə öz fəaliyyətini müasir tələblər səviyyəsində qura bilməyən, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə, xidməti intizamın kobud pozuntusuna yol verən və vəzifələrini layiqincə yerinə yetirə bilməyən 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

Modern.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirilib.

Rəsmi məlumata görə, onlardan 2-i prokurorluq orqanlarından xaric edilib:

“8 nəfər vəzifədən azad edilib, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbirləri tətbiq edilib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi