Modern.az

AŞPA erməni deputatların diversant-terrorçularla bağlı təklifini rədd etdi

AŞPA erməni deputatların diversant-terrorçularla bağlı təklifini rədd etdi

25 Yanvar 2021, 15:58

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistan nümayəndə heyətinin irəli sürdüyü təklifi rədd edib.

 

Modern.az xəbər verir ki, erməni deputatlar "erməni hərbi əsirlərin ölkəyə qaytarılmasının təxirə salınması" mövzusunun AŞPA-nın qızş sessiyasında müzakirəyə çıxarılmasını istəyiblər. Onlar bunu "Avropa İnsan Hüquqları Standartlarınının pozulması faktı" kimi qələmə veriblər. Ancaq AŞPA müzakirə təklifini qəbul etməyib.

 

Xatırladaq ki, AŞPA-nın bu gün işə başlayan qış sessiyası zamanı irəli sürülən müzakirəsi təxirəsalınmaz dörd mövzudan yalnız ikisi səsvermə nəticəsində qəbul edilib. Onlardan biri 2021-ci ildə Alksey Navalnının həbsi və digəri internet nəhənglərinin söz azadlığına təhlükə mövzularıdır.(Report)

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi