Modern.az

Dilçilik İnstitutunun "Qaynar xətt"i yenidən işə başlayır

Dilçilik İnstitutunun

Aktual

27 Yanvar 2021, 22:24

AMEA Nəsimi adına Dilçilik İnstitutu "Qaynar xət"lə bağlı məsələyə aydınlıq gətirib.

 

Modern.az xəbər verir ki, İnstitutdan verilən açıqlamaya görə, "Qaynar xət"də çalışan iki əməkdaş öz ərizələri ilə işdən azad ediliblər:

 

"Onlar yeni yaradılan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində işə başlayıblar. Bu səbəbdən həm də pandemiyaya görə "Qaynar xətt"in fəaliyyəti keçən ilin sonlarından müvəqqəti olaraq dayanıb. Həmçinin institutda otaq azlığı səbəbindən "Qaynar xətt" otağı müvəqqəti olaraq Müdafiə Şurasına verilmişdi".

 

Məlumatda vurğulanıb ki, "Qaynar xətt"in avadanlıqları Monitoriq şöbəsindədir və sabahdan "Qaynar xətt" öz fəaliyyətini davam etdirəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!