Modern.az

Parlament Aparatında yeni şöbə yaradıldı - Adil Vəliyev müdir təyin edildi

Parlament Aparatında yeni şöbə yaradıldı - Adil Vəliyev müdir təyin edildi

12 Fevral 2021, 11:09

Milli Məclis Aparatında Sosial qanunvericilik adlı yeni şöbə yaradılıb.

Modern.az-ın xəbərinə görə, yeni şöbənin müdiri vəzifəsinə uzun illərdir parlament Aparatında çalışan Adil Vəliyev təyin olunub.

Adil Vəliyev əvvəllər Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin sektor müdiri işləyib. Son təyinatdan öncə isə İqtisadi və sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri vəzifəsini tutub.

Dövlət qulluğunun baş müşaviri, Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentdir. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu