Modern.az

“Siyasətçilər jurnalistlərə baş qoşmamalıdır” - Sevinc Osmanqızı ilə AXCP-çilərin davasına REAKSİYA

“Siyasətçilər jurnalistlərə baş qoşmamalıdır” - Sevinc Osmanqızı ilə AXCP-çilərin davasına REAKSİYA

Aktual

18 Fevral 2021, 17:37

Jurnalist Sevinc Osmanqızı bu günlərdə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunu efirə qonaq çağırdığı üçün müxalifdəki dostlarından ona hücumlar başlanıb. Həmin şəxslər S.Osmanqızını “bu kanala necə gəlmişdikcə, elə də gedəcəyik”, “səni çökdürəcəyik” sözləri ilə təhdid ediblər.

S.Osmanqızı öz müəllif verilişində cavab verdiyi şəxslərin adlarını konkret olaraq çəkməsə də, söhbət onun Azərbaycandakı tərəfdaşları AXCP sədri Əli Kərimli, Milli Şura təmsilçiləri Gültəkin Hacıbəyli və onların tərəfdarlarından gedir. 

Müxalifət nümayəndələri arasındakı bu qalmaqala münasibət bildirən politoloq Zərdüşt Əlizadə Modern.az-a açıqlamasında bu olayın çox gərəksiz olduğunu vurğulayıb:

“Hesab edirəm ki, siyasətçilər jurnalistlərə baş qoşmamalıdırlar. Onların öz işi var, jurnalistlərin öz işi. Öz işləri ilə məşğul olsunlar. Jurnalistləri niyə təhlil edirlər, onlara göstəriş verirlər, məsləhət edirlər? Jurnalistləri siyasətçilərin fəaliyyəti haqqında yazmağa haqqı çatır. Bu jurnalistin vəzifəsidir. Siyasətçinin vəzifəsi jurnalisti tərbiyə etmək, yönləndirmək deyil. Siyasətçi kütlə ilə, xalqla, insanlarla işləməlidir. Cəmiyyətə hansısa fərqli təkliflər hazırlamalıdır.

Mən bu məsələyə biganə yanaşıram. İki insan arasında hansısa fikir ayrılığı yaranıb, bunu ifadə ediblər. Burada faciəvi heç nə yoxdur”.

Sevinc Osmanqızının jurnalist obyektivliyini qoruya bilib-bilmədiyinə gəlincə, Zərdüşt Əlizadə bu məsələdə də neytral olduğunu söyləyib:

“Özü bilər. Mən özüm jurnalistəm və başqa jurnalistin fəaliyyətinə qiymət vermək istəmirəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü