Modern.az

Türkiyədə təhlükəli terrorçu SAXLANILDI

Türkiyədə təhlükəli terrorçu SAXLANILDI

Dünya

24 Fevral 2021, 15:02

Türkiyənin paytaxtı Ankarada “Əl Qaidə” ilə əlaqəli təhlükəli terrorçu saxlanılıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ankara polis şöbəsi və Milli Təhlükəsizlik Xidməti (MİT) ortaq əməliyyat keçirib. Əməliyyat nəticəsində “Əl Qaidə” ilə əlaqəli “Əş-Şabab” qruplaşmasının üzvü saxlanılıb.

 

Araşdırma zamanı “Əş-Şabab” qruplaşmasının üzvünün Almanya-İtaliya ikili vatandaşlığı olduğu təsbit edilib. Terrorçu Ankaraya gəldiyi zaman aeroportda tutulub.

Terrorçunun Keniya və Somalidə bir neçə terror aktının təşkilatçısı olduğu xəbər verilir.

 

Nəzrin VAHİD



Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?