Arxiv
25 Fevral 2021, 11:03 | DİASPOR
Xocalı Soyqırımı Pakistan mətbuatında geniş şəkildə işıqlandırılıb - FOTOLAR

Pakistanın “İslamabad Post” ,“Daily Times” kimi geniş oxucu kütləsinə malik qəzetlərində, “Diplomatic News Agency”, “Daily Spokesman” xəbər agentliklərində və “Centreline” jurnalında, “Xocalı Soyqırımı – İyirminci əsrin faciəsi” və “Xocalı Soyqırımı – İnsanlığa qarşı cinayət” adlı məqalələr dərc olunub.

 

Materiallarda Xocalı Soyqırımının, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 20-ci əsrdə Azərbaycan xalqının üzləşdiyi ən dəhşətli faciələrdən biri olduğu bildirilib.

 

Müəlliflər, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Sovet imperiyasının 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək azərbaycanlı dinc sakinləri gülləbaran etdiklərini qeyd ediblər.

 

Məqalələrdə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyduğu, 1275 dinc sakinin əsir götürüldüyü, onlardan 150 nəfərin taleyinin hələ də məlum olmadığı, 475 nəfərin şikəst olduğu, 8 ailənin bütünlüklə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyi diqqətə çatdırılb.

 

Yazılarda bu cinayətin, Ermənistanın azərbaycanlılara qarşı təcavüzkar soyqırımı siyasətinin növbəti mərhələsi olduğu vurğulanaraq, Xocalı faciəsinin Ermənistanın anti-Azərbaycan vandalizminin ilk nümunəsi olmadığı qeyd olunub və 1918-ci ildə Bakı, Quba, Şamaxı və digər şəhərlərdə azərbaycanlılara qarşı törədilmiş qətliamların da ermənilərin etnik nifrətə əsaslanan vəhşiliklərinin bariz nümunəsi olduğu bildirilib.

 

Müəlliflər, məhz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Xocalı Soyqırımının mahiyyətini ortaya qoyduğunu, onun təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisinin bu cinayətə hüquqi və siyasi qiymət verən xüsusi sənəd qəbul etdiyini və bu sənədin faciənin səbəblərini və cinayətkarları təsvir etdiyini qeyd ediblər.

 

Məqalələrdə bu soyqırımın təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğundan da bəhs olunub.

 

Sonda müəlliflər Xocalı soyqırımının Pakistanın da daxil olduğu bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfindən tanınaraq qınandığını bildiriblər.

 

https://dailytimes.com.pk/727878/khojaly-genocide-tragedy-of-20th-century/

https://islamabadpost.com.pk/khojaly-genocide-a-crime-against-humanity-2/

https://dailyspokesman.net/live/khojaly-genocide-tragedy-of-20th-century/

https://dnanews.com.pk/khojaly-genocide-crime-humanity/

https://centreline.com.pk/2021/02/24/khojaly-genocide-a-crime-against-humanity/

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Oxçuçayla bağlı tədqiqat qrupu yaradılır 3 Dekabr 2021, 17:55 "Omicron" Braziliyada da AŞKARLANDI 3 Dekabr 2021, 17:50 Qazaxıstan Atom Elektrik Stansiyası tikəcək - Nazarbayev 3 Dekabr 2021, 17:45 Azərbaycanlı şərqşünasın Mehriban Əliyeva haqqında məqaləsi ərəb KİV-lərində gündəm olub 3 Dekabr 2021, 17:40 Nazir ATƏT-in baş katibi ilə üçtərəfli bəyanatları müzakirə etdi 3 Dekabr 2021, 17:34 Jurnalistlər “Azəriqaz”da - FOTO 3 Dekabr 2021, 17:30 Dollar yeni həftəyə belə başlayacaq 3 Dekabr 2021, 17:25 Marallarda koronavirus aşkarlandı 3 Dekabr 2021, 17:20 "YAŞAT"a daxil olan vəsait MƏBLƏĞİ 3 Dekabr 2021, 17:15 Qarabağa gedən yollarda niyə postlar qurulub? - DİN AÇIQLADI 3 Dekabr 2021, 17:10 ADU-də “Bir günlük xəlifə”lər seçilib 3 Dekabr 2021, 17:06 COVID xəstəsi saxlanıldı 3 Dekabr 2021, 17:03 “AzerGold”dan tender qalmaqalı ilə bağlı AÇIQLAMA 3 Dekabr 2021, 17:00 Əfqanıstanda qadını zorla ərə vermək qadağan olundu 3 Dekabr 2021, 16:57 DİM vətəndaşlara müraciət etdi 3 Dekabr 2021, 16:53 ABB “İlin bankı” oldu 3 Dekabr 2021, 16:50 Mina axtarışında ilk dəfə itlərdən istifadə olundu 3 Dekabr 2021, 16:46 Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb 3 Dekabr 2021, 16:43 Azərbaycan və Ermənistan arasında vəziyyət həssas olaraq qalmaqdadır  3 Dekabr 2021, 16:40 UNEC İqtisadi Forumu: “Postpandemiya dövründə biznes transformasiyası” 3 Dekabr 2021, 16:35 Xaricdə alınan 67 diplom TANINMADI 3 Dekabr 2021, 16:30 Qubada əl qumbarası tapılıb 3 Dekabr 2021, 16:26 Lirə rekord həddə ucuzlaşdı 3 Dekabr 2021, 16:21 Azərbaycan və Ukrayna XİN başçılarının görüşü olub 3 Dekabr 2021, 16:16 Narkotik satanlar saxlanıldı 3 Dekabr 2021, 16:10 NATO-nun Mobil təlim qrupu Azərbaycanda 3 Dekabr 2021, 16:05 2 ölkə nazirləri görüşdü 3 Dekabr 2021, 16:00 “Tofiq Yaqubluya edilən zorakılığı təxribat hesab edirəm” 3 Dekabr 2021, 15:54 “Addım-addım Vətən”nin BAĞLANIŞI 3 Dekabr 2021, 15:48 Qarabağa mal-qaranın köçürülməsinə hazırlıqlar gedir 3 Dekabr 2021, 15:42 Türkiyə-Azərbaycan birgə universitetin fəaliyyət istiqamətləri AÇIQLANDI 3 Dekabr 2021, 15:36 Kəlbəcərin Tutxun təzahüründə geoloji-axtarış işlərinə başlanılıb - Nazir 3 Dekabr 2021, 15:30 “Pensiya ilə yanaşı, müavinətlər də artacaq” 3 Dekabr 2021, 15:24 Füzulidə karantin nöqtələri yaradılacaq 3 Dekabr 2021, 15:18 Avtomobildən 10 min manatdan artıq pul oğurlandı - VİDEO 3 Dekabr 2021, 15:12
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?