Modern.az

Bu gün bütün məktəblərdə birinci dərs Xocalı faciəsinə həsr olunub - Nazir

Bu gün bütün məktəblərdə birinci dərs Xocalı faciəsinə həsr olunub - Nazir

26 Fevral 2021, 09:06

"Xalqımızın yaddaşında dərin izlər buraxmış faciədən 29 il ötür. Xocalı soyqırımı erməni işğalçılarının iki yüz ildən artıq tətbiq etdikləri məkrli siyasətin ən qanlı səhifəsidir".

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev bildirib.

 

"Bu gün qələbə qazanmış Vətənin qəhrəman övladları illər boyu məruz qaldığımız soyqırımların gətirdiyi dəhşətin təsirlərini qəlblərinə köçürüblər. Hər il 26 fevral tarixində bütün təhsil müəssisələrimizdə ilk dərs Xocalıya həsr olunur. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş hər bir həmvətənimizin xatirəsini uca tuturuq. Soyqırım qurbanlarını dərin hörmətlə anırıq. Allah rəhmət eləsin!", - nazir əlavə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi