Modern.az

Avropa xəbər agentlikləri postpandemiya dövründə fəaliyyəti müzakirə etdilər

Avropa xəbər agentlikləri postpandemiya dövründə fəaliyyəti müzakirə etdilər

26 Fevral 2021, 22:44

Avropa Xəbər Agentlikləri Alyansı (EANA) “Əmək fəaliyyətinin gələcəyi: Evdən işləmək yoxsa ofisə qayıdış” adlı vebinar keçirib.

Tədbirdə alyansın üzvü olan 21 xəbər agentliyinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

 

Modern.az xəbər verir ki, vebinarda Azərbaycanı "Azərtac"ın multimedia və informasiya resursları baş redaksiyasının baş redaktoru Elşən Şahbalayev təmsil edib.

 

Onlayn seminarda BCW Brussels şirkətinin baş məsləhətçisi Devid Timis və Associated Press xəbər agentliyinin Avropa və Afrika üzrə direktoru Anna Conson çıxış ediblər. Qeyd olunub ki, pandemiya iş yerləri və əmək fəaliyyəti ilə bağlı yeni reallıqlar yaradıb və bunları nəzərə alaraq gələcək perspektivləri görmək olar. Karantin səbəbindən milyonlarla işi yeri ixtisara düşüb, şirkətlər məsafədən fəaliyyətin mümkünlüyünü görərək kadr xərclərini azaldıblar. Bir çox fəaliyyət sahələrində isə insanların avtomatlaşdırılmış sistemlərlə əvəz edilməsi aktuallaşıb. Bu səbəbdən də dünya üzrə milyonlarla iş yeri risk altındadır. Bunun qarşısını almaq üçün dövlət və şirkətlər kadrların hazırlığını artırmalı, onların digər mümkün peşələrə yiyələnməsini stimullaşdırmalıdır.

 

Xəbər agentliklərinin pandemiya dövründə fəaliyyətinə gəldikdə isə karantin tədbirləri informasiya sahəsində də bəzi dəyişikliklər yaradıb. Onlayn iş rejiminin paralel olaraq ofis işi ilə mümkünlüyünü nəzərə alaraq, agentliklər gələcəkdə hibrid fəaliyyətə üstünlük verəcəklər. Eyni zamanda, pandemiya reportaj kimi bir sıra jurnalistika janrlarının azalmasına səbəb olsa da, etibarlı məlumatlara böyük ehtiyac yaranıb. Agentliklər üçün hələ də hadisə yerində olmaq, vəziyyəti canlı izləmək və digər amillər önəmli olaraq qalır. Buna görə də agentlik daxilində ofis rejiminə qayıdış yaradıcı heyət üçün gərəklidir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir