Arxiv
27 Fevral 2021, 09:54 | ANALİTİKA
Paşinyana qarşı qiyam qaldıran general kimdir... - ŞƏRH

“Hələ ki nə Ermənistanın baş naziri Nikol Paşinyan istəyinə nail olub, nə də ki, ona qarşı qiyam qaldıran baş qərargah rəisi Onik Qasparyan. Hər biri dünən qarşı tərəfə istefa çağırışı ilə müraciət etmişdi. Hər ikisinin tələbi havada qaldı. Paşinyan da yerindədir, Onik Qasparyan da. Zaman hər ikisinin və ümumiyyətlə Ermənistanın əleyhinə işləyir”.

Modern.az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu Ermənistandakı vəziyyəti şərh edərkən deyib.


Politoloqun sözlərinə görə, Paşinyanın öz xoşu ilə istefa verməyəcəyi bir daha bəlli oldu.

“Onun dünən meydana çağırdığı tərəfdarların sayı müxalifətin parlament binası qarşısında topladığı insanlardan ən azı iki dəfə çox idi. Belə vəziyyətdə Paşinyanı devirmək üçün Qasparyan ordunu və tankları meydanlara çıxarmalı və klassik hərbi çevriliş həyata keçirməli idi. Qasparyanın buna ya cəsarəti çatmadı, ya ağalarından müvafiq əmr almamışdı. Buna baxmayaraq, onun istefa vermək fikri də yoxdur. Onu otağından çıxarmaq üçün Baş Qərargahın binasına polis qüvvəsi göndərilməlidir. Buna da Paşinyanın hələ ki, cəsarəti çatmır”.


E.Şahinoğlu deyir ki, Paşinyanın baş üzərindən hərbi çevriliş təhlükəsi götürülsə də, ona ölkəni idarəetmək çətin olacaq.

“Kiçik Ermənistan silkələnməkdə davam edəcək, itaətsizlik artacaq. Ermənistanın iqtisadi eksperlərtlərinin sözlərinə görə koronavirus, müharibənin ağır nəticələri və davamlı hakimiyyət-müxalifət qovğası ölkədə bahalaşmanı sürətləndirib, dollar qalxır, maaşların verilməsi gecikir”.


Baş nazir Nikol Paşinyanı istefaya səsləyən Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Onik Qasparyan kimdir?

General Onik Qasparyan 1988-1990-cı illərdə SSRİ ordusunda xidmət edib. Qasparyan SSRİ dağıldıqdan sonra təhsilini Rusiya Müdafiə Nazirliyinin zabit kurslarında davam etdirib. Qasparyan 1998-2001-ci illərdə daha 3 il Rusiya silahlı qüvvələrinin akademiyasında təhsil alıb. 2008-ci ildə yenidən Rusiya silahlı qüvvələrinin hərbi akademiyasında bir il təhsil alıb. Bundan sonra Qasparyan Ermənistan ordusunda müxtəlif vəzifələrdə çalışıb. Yəni Onik Qasparyan hərbə dair nə öyrənibsə Rusiyaya borcludur. Rusiya hərbisi isə heç zaman xarici ölkələrdəki müdavimləriylə əlaqəni kəsmir.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan Rusiyanın adamını 8 iyun 2020-ci ildə Baş Qərargahın rəisi təyib edib.

“Görünür, Paşinyanın başqa alternativi yox idi. Başqa maraqlı fakt isə ondan ibarətdir ki, Emənistan ordusunun Azərbaycana məğlub olduğunu Paşinyana məhz Qasparyan inandırıb və 10 noyabrda məlum bəyanat qəbul edilib. İndi isə Qasparyan məğlubiyyətə görə məsuliyyəti Paşinyana yükləməyə çalışır”,-E.Şahinoğlu deyib.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya MN-dən Qarabağ AÇIQLAMASI 18 Aprel 2021, 21:56 İki paraatletimiz İtaliyada qızıl medal qazandı 18 Aprel 2021, 21:42 Türkiyədə daha bir zəlzələ 18 Aprel 2021, 21:30 Türkmənistan Prezidentinə ağır itki üz verdi 18 Aprel 2021, 21:19 Türkiyədə koronavirusdan rekord sayda ölüm 18 Aprel 2021, 21:05 Ferstappen Formula 1-də birinci oldu 18 Aprel 2021, 20:54 Lənkəranda bacı bacını bıçaqladı 18 Aprel 2021, 20:49 "Kəşfiyyatçı diplomat" olayı böyüyür - Çexiya səfiri Rusiya XİN-ə çağırıldı 18 Aprel 2021, 20:38 “Atalanta” “Yuventus”u geridə qoydu 18 Aprel 2021, 20:27 NASA helikopteri Marsda ilk uçuşunu keçirəcək 18 Aprel 2021, 20:13 “YAŞAT” 2 min 881 şəhid ailəsini ziyarət edib 18 Aprel 2021, 20:04 Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşdı 18 Aprel 2021, 18:58 “Paşinyan məğlubiyyətə görə hərbçiləri günahkar bilir” - Zakaryan 18 Aprel 2021, 18:45 "İndiki gəncliyin hər biri özünü şəhid ruhunda hiss etməlidir" 18 Aprel 2021, 18:38 Qazaxda minik maşını aşdı - xəsarət alanlar var   18 Aprel 2021, 18:08 Ağstafada 17 yaşlı qız sirkə turşusundan zəhərləndi 18 Aprel 2021, 18:00 Bu gün peyvənd olunanların sayı açıqlandı 18 Aprel 2021, 17:45 Xaçmazda iki maşın toqquşdu - xəsarət alanlar var  18 Aprel 2021, 17:30 Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı 18 Aprel 2021, 17:15 İŞİD Kərkükdə hərbçiləri atəşə tutdu 18 Aprel 2021, 17:05 Yoluxanların bu günə olan statistikası: 33 nəfər öldü 18 Aprel 2021, 17:02 Ombudsman autizmli şəxslərə dövlət qayğısı haqqında danışdı 18 Aprel 2021, 17:00 Gürcüstanda 13 günlük tətil elan olundu 18 Aprel 2021, 16:40 “Qarabağ” 15-ə çatdı 18 Aprel 2021, 16:34 Koronavirus xəstəsi ola-ola bazara gedən şəxs saxlanıldı 18 Aprel 2021, 16:19 Papa Fransisk Ukraynada gərginliyin artmasından danışdı 18 Aprel 2021, 16:09 "Atası oğlum şəhid olanda üzə çıxıb pul tələb etdi"  18 Aprel 2021, 15:58 Azərbaycan çempionatında 1400-cü qolunu vurdu 18 Aprel 2021, 15:46 Rusiya özünün yeni milli kosmik stansiyasını yaratmağı planlaşdırır   18 Aprel 2021, 15:37 ABŞ-da barda atışma: ölənlər var 18 Aprel 2021, 15:25 “Kuwait Times”  Qarabağ münaqişəsindən yazdı 18 Aprel 2021, 15:14 Bakıdakı "Formula-1"-dən xəbər var: Tamaşaçısız keçiriləcək 18 Aprel 2021, 15:05 İranda Ordu Günü qeyd edilir 18 Aprel 2021, 15:04 Ukrayna Kiyevdən rus səfiri qovur 18 Aprel 2021, 14:51 Premyer Liqanı tərk edən ilk klub bəlli oldu 18 Aprel 2021, 14:44