Modern.az

ABŞ “Johnson & Johnson” vaksininin istifadəsinə icazə verdi

ABŞ “Johnson & Johnson” vaksininin istifadəsinə icazə verdi

28 Fevral 2021, 12:12

ABŞ Ərzaq və Dərman Vasitələrinin Keyfiyyəti Məsələləri üzrə İdarəsi  “Janssen” şirkətinin təklifini dəyərləndirib və yeni növ koronavirusa (COVİD-19) qarşı “Johnson & Johnson” vaksininin tətbiqinə icazə verib.

 

Modern.az-ın məlumatına görə, bununla da ABŞ-da fövqəladə hallarda tətbiqinə icazə verilən koronavirusa qarşı vaksinlərin sayı 3-ə çatıb.

 

Bundan əvvəl ABŞ-da “Moderna”, həmçinin “Pfizer” və “BioNTech” şirkətlərinin birgə istehsal etdikləri vaksinlərin istifadəsinə icazə verilib.

 

Digər vaksinlərdən fərqli olaraq “Johnson & Johnson” vaksini iki deyil, bir dozada vurulacaq. Bu vaksin 18 yaş və 18 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulub.

 

Üçüncü mərhələdə sınaqlar zamanı “Johnson & Johnson” vaksininin effektivliyi 85 faiz olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu