Modern.az

Yaz ağac əkini mövsümündə ölkə üzrə 400 mindən çox ağac əkiləcək

Yaz ağac əkini mövsümündə ölkə üzrə 400 mindən çox ağac əkiləcək

Aktual

1 Mart 2021, 14:09

Yaz ağac əkini mövsümünə 9 mart 2021-ci il tarixində Zəngilan rayonundan start veriləcək. 

 

Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov Modern.az-a bildirib ki, yel çərşənbəsi günündə Zəngilan rayonunun meşə fondu torpaqlarının açıq, seyrək, kəsilmiş və yanğına məruz qalmış ərazilərində Xidmətin əməkdaşlarının iştirakı ilə  karantin qaydalarına əməl olunmaqla yerli şəraitə uyğun müxtəlif meşəcinsli ağaclar əkiləcək, toxumlar səpiləcək. 

 

“Bu yaz əkin planına uyğun olaraq ölkə üzrə 200 hektar meşə fondu torpağında meşəbərpa işlərinin aparlıması, hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 400 000-dən çox meşəcinsli tinglərin əkilməsi, toxumların səpilməsi nəzərdə tutulub”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?