Modern.az

Ermənistan Dağlıq Qarabağdan vaz keçib - ŞƏRH

Ermənistan Dağlıq Qarabağdan vaz keçib - ŞƏRH

Analitika

1 Mart 2021, 22:54

“Ermənistanın baş naziri Nikol Paşinyan bu gün onu devirmək istəyən daxili və xarici mərkəzlərə gücünü göstərdi. Paşinyanın dəstək mitinqinə qatılanların sayı müxalifətin mitinqlərinə qatılanların sayını dəfələrlə üstələdi. Bu o deməkdir ki, ermənilərin əksəriyyəti Paşinyana alternativ görmür və Azərbaycanla yeni müharibə istəmir, o cümlədən Dağlıq Qarabağdan vaz keçib”.

Modern.az-ın məlumatına görə, bunu Ermənistanda yaranmış son vəziyyəti şərh edən politoloq Elxan şahinoğlu bildirib.

“Buna baxmayaraq, Paşinyanın kütləvi mitinqi Ermənistanda siyasi və iqtisadi xaosa son qoymayacaq, tam əskinə, qarşıdurma güclənəcək. Paşinyan bu gərginliyi artırmağa hazırdır. Onun erkən parlament seçkisi təklifini yenə səsləndirməsi və yarı prezident respublikasına keçidlə bağlı oktyabr ayında referendum keçirmək istəyi də bundan xəbər verir. O baş nazir kreslosunu prezident kreslosuna dəyişmək istəyir. Çünki baş nazirin sözlərinə görə, 6 il əvvəl dəyişdirilən Konstitusiya yeni böhran yaradıb. Böhranın əsas səbəblərindən biri budur ki, baş nazir baş qərargah rəisini istefaya göndərə bilmir, prezident də buna mane olur. Baş qərargahın rəisi Onik Qasparyanı istefaya vermək istəmir. İş o yerə çatıb ki, Paşinyanın Qasparyana qarşı ittihamına baş qərargah rəisinin qızı sosial şəbəkə üzərindən cavab verib və baş naziri satqın adlandırıb. Ermənistanda yaxın günlərdə siyasi qarşıdurmanın silahlı toqquşmaya və terrora keçidinin şahidi ola bilərik”,- E.Şahinoğlu bildirib

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir