Arxiv
2 mart 2021, 00:05 | AKTUAL
Bu gün Od çərşənbəsidir

Bu gün xalq təqvimi ilə Boz ayın ikincisi çərşənbəsi – Od çərşənbəsidir.

 

Modern.az xəbər verir ki, Od çərşənbəsi xalq arasında həm də “Üsgü çərşənbə”, “Adlı çərşənbə” kimi də adlandırılır. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.



Od çərşənbəsi yeni həyatın, baharın, istiliyin gəlişini simvolizə edir. Ənənəyə görə, Od çərşənbəsindən sonra bahara doğru daha da yaxınlaşmış oluruq, Günəş yavaş-yavaş torpağı qızdırır, isindirir.



Bu çərşənbədə odu təmizlik, sağlamlıq və gözəllik rəmzi kimi qeyd edirlər. Odla bağlı olan bir çox xalq deyimləri - inanclar, atalar sözləri, andlar, alqışlar bu günə kimi qalmaqdadır. Məsələn: od inamdandır; odla oynayan odsuz qalar; odu söyən qara günə qalar; ocaq dağıdanın ocağı dağılar; ocaq yanında səslənirsə, demək, kimsə sözünü danışır; od haqqı!; ocağın qaralmasın!; od-ocağa həsrət qalasan!



Bu çərşənbə axşamında hər bir ailə çalışır ki, imkanı dərəcəsində evində istilik verən yeməklər bişirilsin, süfrə açılsın, xonça bəzənsin, şamlar yandırılsın. Şam istiliyin, odun, işığın qorunub saxlanması, səadətin rəmzidir. Ona görə də hər kəs od çərşənbəsini şad, şən və bolluq içində keçirməyə can atır.   



Bu çərşənbə özünün adət-ənənələri, ritualları ilə zəngindir. İstiliyin qorunması, istiliyin yenidən qayıdıb torpağa hopması, torpaqda istiliyin başlanması və nəhayət, əmək mövsümünün başlanması üçün torpağa məhsul əkininə hazırlıq ənənələri Od çərşənbəsində əksini tapır.



Bu çərşənbədə daha güclü tonqallar çatılmalı, daha güclü atəşfəşanlıq keçirilməlidir, tonqalın ətrafına toplaşan insanlar odun üzərindən atlanmaqla köhnə ildən qalan əzablarını, ağırlıqlarını sanki arxada qoyur və yeni ildə xoşbəxt, firavan həyat yaşayacaqlarına inanırlar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə koronavirusla bağlı son vəziyyət 23 Aprel 2021, 22:08 Paşinyanın Sünikə səfərinə etiraz edən 19 nəfərə cinayət işi açıldı 23 Aprel 2021, 21:55 Gəncədə zəncirvari qəza - ölən və xəsarət alanlar var - FOTO 23 Aprel 2021, 21:39 Bakı limanı özəl idarəetməyə verilə bilər 23 Aprel 2021, 21:25 Baydendən Ermənistan prezidenti barədə sensasiyalı açıqlama – VİDEO 23 Aprel 2021, 21:07 Güləşçimiz Avropa çempionatının finalına yüksəldi 23 Aprel 2021, 20:52 Erməni patriarx 1915-ci il hadisələrini siyasi alətə çevirməməyə çağırdı 23 Aprel 2021, 20:38 Moskvadan Bakıya gələn təyyarə Rusiyada təcili eniş etdi 23 Aprel 2021, 20:23 Müəllimlər koronavirusa yoluxdu, məktəb bağlandı 23 Aprel 2021, 20:09 Hikmət Hacıyev və Ukrayna Prezidenti Ofisinin rəhbərinin müavini ilə  məsləhətləşdilər 23 Aprel 2021, 20:00 Ünvanlı dövlət sosial yardımları ödənildi 23 Aprel 2021, 19:50 Lənkəran Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE 23 Aprel 2021, 19:41 Hüseynbala Mirələmovun YAP-dan çıxarılmasına bu şəxslər “HƏ” deyiblər - SİYAHI 23 Aprel 2021, 19:09 Naxçıvan Qarnizonu Qoşunlarında rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib - VİDEO 23 Aprel 2021, 19:00 Qubada “Sadiq dost” açıldı 23 Aprel 2021, 18:52 Senat sədrinin fəlsəfəsi: respublikaçılıq yoxsa şovinizm?! 23 Aprel 2021, 18:45 Nazirlik acından ölən atlara yardım göstərdi - FOTOLAR 23 Aprel 2021, 18:38 Merkel Almaniya Bundestaqında dindirildi 23 Aprel 2021, 18:30 Ramazana məxsus ibadətlər hansılardır? - AÇIQLAMA 23 Aprel 2021, 18:21 İranla sərhəddə bu ərazinin təhlükəsizliyi Azərbaycana həvalə OLUNDU 23 Aprel 2021, 18:14 Qarabağda daha 5 erməni cəsədi tapıldı 23 Aprel 2021, 18:07 Əli Əsədov qərar imzaladı 23 Aprel 2021, 18:00 Aİ Azərbaycanda yeni layihənin icrasına başlayır 23 Aprel 2021, 17:56 Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr mərhələli keçiriləcək 23 Aprel 2021, 17:52 Ağdamdakı erməni vəhşiliyi Fransa mətbuatında 23 Aprel 2021, 17:46 Koronaviruslu xəstədən rüşvət alan daha bir həkim TUTULDU 23 Aprel 2021, 17:40 Rusiyalı həkimlər Qarabağda erməniləri müalicə edirlər 23 Aprel 2021, 17:34 Prezident Universitetə rektor TƏYİN ETDİ - FOTO 23 Aprel 2021, 17:28 Yeni Səhiyyə naziri kimdir? - DOSYE 23 Aprel 2021, 17:23 Azərbaycanda 200-dək jurnalist peyvənd olunub 23 Aprel 2021, 17:20 Havadakı tozun miqdarı axşam saatlarında azalacaq 23 Aprel 2021, 17:18 Azərbaycanlı güləşçi erməni rəqibini məğlub etdi 23 Aprel 2021, 17:12 “İlin sonuna müştərilərimiz filiallarımızda əhəmiyyətli dəyişikliklər görəcəklər” 23 Aprel 2021, 17:06 Nar” məktəblilər üçün “Oxu Saatı” layihəsinə start verir 23 Aprel 2021, 17:00 İcra başçısı müşavirə keçirdi - FOTO 23 Aprel 2021, 16:54