Modern.az

Paşinyanın referendum qərarının hədəfi...- TƏHLİL

Paşinyanın referendum qərarının hədəfi...- TƏHLİL

2 Mart 2021, 08:54

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabr ayında referendum keçiriləcəyini elan etdi: hədəf yarı prezidentlik üsul-idarəsinə keçid etməkdir və beləliklə baş nazirlə prezident dövlətin idarəçiliyində səlahiyyətləri paylaşacaq.


Nikol Paşinyanın bu qərarının iki səbəbi var:

1. Mitinqdən öncə prezident Armen Sarkisyanla görüşən Paşinyan Baş qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı fərmanın imzalanmasını müzakirə edib. Nikolun Armenə təzyiq göstərdiyi bəllidir, lakin görünür, prezidenti öz cəbhəsinə çəkmək üçün həm də vəd verib:


- Konstitusiya dəyişdirilir, prezidentin səlahiyyətləri artırılır və hakimiyyətdə daha çox güc əldə etmək istəyən Armen də istəyinə nail olur;


- bunun üçün Qasparyanı istefaya göndərməlidir (prosedura görə, prezidentin qərar vermək üçün bir gün vaxtı qalıb);


- Paşinyanın təzyiqi qarşısında (impiçment təhdidi) başqa seçimi qalmayan Armen Sarkisyan oyundan qazanclı çıxmaq istəyir;


Qiyamçı generalları neytrallaşdırmaq və orduda təsirini gücləndirəcək islahatları aparmaq üçün Nikol Paşinyana vaxt lazımdır. Bu məqsədlə səlahiyyətlərini Armenlə bölməyə hazırdır, yaxud istəyinə nail olana qədər özünü belə göstərir.


2. Referendum qərarının arxasındakı uzaq hədəflər başqadır:

- Nikol Paşinyan Konstitusiya dəyişikliyi ilə səlahiyyətləri artırılmış prezident postuna özü namizəd ola bilər: bununla həm müharibədən sonra üzərindəki yükləri komandanın digər üzvünə transfer edə, həm də hakimiyyətdə qala bilər;

- Konstitusiya dəyişikliyi Konstitusiya Məhkəməsini də ələ almaq üçün lazımdır: hökumət Konstitusiya Məhkəməsinin keçmiş hakimiyyət dövründən qalmış hakimlərini nə vədlər, nə də təzyiqlə ələ ala bildi, onların səlahiyyətlərinin ləğv edilməsi üçün 2020-ci ilin aprel ayında referendum keçirilməsi qərarına gəldi, lakin pandemiyaya görə bu plan yarımçıq qaldı;

indi hakimiyyətində yaranmış boşluqların aradan qaldırılması üçün yaranmış vəziyyəti fürsət kimi görür;

və bu qərarını çoxminli aksiyada elan etməklə “xalqın istəyi” kimi təqdim edir...


Asif Nərimanlı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır