Modern.az

Türkiyədə hərbi helikopter qəzaya uğradı - General həlak oldu - YENİLƏNİB

Türkiyədə hərbi helikopter qəzaya uğradı - General həlak oldu - YENİLƏNİB

Hadisə

4 Mart 2021, 21:49

Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sarı 11 nəfərə yüksəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd edilir ki, qəza zamanı ağır xəsarət almış daha iki əsgər vəfat edib.

 

Həlak olanlar arasında Türkiyə ordusunun səkkizinci korpusunun komandiri general Osman Erbaş da var.

 

Hadisə Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirən zaman baş verib.

 

Daha əvvəl bildirilirdi ki, qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi həlak olub, 4-ü yaralanıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

19:38

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb.

 

Qəza nəticəsində 9 hərbçi ölüb, 4 hərbçi xəsarət alıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi