Modern.az

Həkim-infeksionist ÇAĞIRIŞ ETDİ: “Bayramda qonaq gedilməsin, yoluxma arta bilər!”

Həkim-infeksionist ÇAĞIRIŞ ETDİ: “Bayramda qonaq gedilməsin, yoluxma arta bilər!”

5 Mart 2021, 14:24

Son günlər Azərbaycanda COVID-19-a yoluxma sayında nisbətən artım müşahidə edilir. Bəzi ekspertlər deyirlər ki, yoluxma sayı bu templərlə davam etsə, yəqin ki yenidən məhdudlaşmaya gediləcək, çünki başqa çıxış yolu yoxdur. Əks halda tezliklə dekabrın rəqəmlərinə dönə bilərik – yenə gündəlik minlərlə yoluxma, onlarla ölüm, dolu xəstəxanalar və s.
Nəzərə alsaq ki qarşıdan Novruz gəlir (qonaq getmək ənənəsi) - təhlükə realdır. Ona görə də ekspetlər deyirlər ki, yoluxma sayında artma davam etsə, məhdudiyyətlər də güclənməlidir. Bu təkcə Azərbaycanda yox, bütün dünyada belədir - digər ölkələrin təcrübəsini də misal gətirmək olar.

Həkimlər hazırda çağırış edirlər: insanlar məsuliyyət hissini ititrməməlidir – maska, məsafə və vaksinasiya yaddan çıxarılmasın!

 

Həkim-infeksionist Süleyman Kamilov Modern.az-a deyib ki, son günlər havalar soyuq keçdiyindən insanlar qapalı məkanlarda daha sıx toplaşırlar:

“Bu da yoluxmanın artmasına səbəb olan amillərdəndir. Qarşıdakı bayram günlərində yenə də kütləvi toplaşmalar, bayramlaşmalar olacaqsa, insanlar bir-birinin evinə qonaq gedəcəksə, əlbəttə sosial məsafə, əl gigiyenası kimi vacib amillər unudulacaq. Ona görə də bayram günlərində bu qaydalara əməl edilməsə, yoluxanların sayında artım müşahidə edəcəyik, bu, qaçılmazdır”.

 

Həkim normal həyata daha tez qayıdılması üçün insanları təmkinli olmağa çağırıb:

“İllərdir hər il bütün bayramları normal qaydada qeyd etmişik. Pandemiya son bir il ərzində təkcə Azərbaycanda deyil, bütün dünyada qeydə alınır. Ona görə də müəyyən qədər səbrli olmalıyıq. Onsuz da hamı bu bir il ərzində yetərincə əziyyət çəkib. Prosesin daha uzun və yorucu olmaması üçün qaydalara hamılıqla əməl etməliyik. Yaxşı olar ki, bayramı hamı öz ailəsilə, kiminsə evinə qonaq getmədən qeyd etsin. Bu nüans bizim öz əlimizdədir. Məqsəd bayramlaşmaqdırsa, bunu telefon vasitəsilə də etmək olar. Mütləq deyil ki, hər kəs bir yerə toplaşsın. Bir daha deyirəm ki, bu təkcə Azərbaycanda deyil, bütün dünyada olan durumdur. Hamı da bu durumla mübarizə aparır. Biz də birlik nümayiş etdirib birgə mübarizədən qalib çıxmalıyıq”.

 

Vaksinasiya prosesilə bağlı danışan S. Kamilov bildirib ki, hələlik tibb işçiləri, 50 yaş üzəri şəxslər peyvənd olunurlar:

 

“Digər şəxslər hələ ki prosesə cəlb edilməyiblər. Vaksin vurdurmaqla da arxayınlaşmaq olmaz. Çünki vaksin vurduranların özü də bəzən assimptomatik daşıyıcı ola bilirlər. Sadəcə, vaksin vurdurmadıqlarına görə, xəstəliyi ağır keçirmirlər. Peyvənd olunmaq vacib qaydalara əməl etməkdən imtina anlamına gəlməməlidir”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı