Modern.az

Türkiyə ərazisinin 66%-i zəlzələ baxımından riskli bölgədir

Türkiyə ərazisinin 66%-i zəlzələ baxımından riskli bölgədir

5 Mart 2021, 15:17

Türkiyə ərazisində baş verən zəlzələlər zamanı zədələnən binaların yenidənqurma işləri üçün bu günə qədər 16 milyard türk lirəsi məbləğində vəsait xərclənib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyindən bildirilib.

Məlumata əsasən, Türkiyə ərazisinin təxminən 66 faizi zəlzələlər baxımından riskli bölgə hesab edilir. Bu ərazilər ölkə əhalisinin təxminən 71 faizini əhatə edir.

 

Son bir əsr ərzində axırıncısı İzmirdə olmaqla ölkə ərazisində ümumilikdə 57 böyük zəlzələ qeydə alınıb ki, bu yeraltı təkanlar zamanı 80 min nəfər həlak olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi