Modern.az

Azərbaycanda bir daha mənim kimi Şəhid Xanımları olmasın!

Azərbaycanda bir daha mənim kimi Şəhid Xanımları olmasın!

8 Mart 2021, 15:39

Şəhid polkovnik Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə xanımları təbrik edib.

Modern.az onun təbrikini diqqətinizə çatdırır:

- Əziz Şəhid Xanımları, Şəhid Anaları! Sizin timsalınızda mən bütün Azərbaycan xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, rahat, firavan, müharibəsiz illər arzu edirəm.

Azərbaycan qadınları ailə dəyərlərini qoruyub saxlayan, fədakar ana, təmkinli həyat yoldaşı, qayğıkeş nənə olurlar. Bununla bərabər, Azərbaycan bayrağının məğrurcasına dalğalanması, Vətən torpağının düşmən tapdağından azad edilməsi üçün gözünü qırpmadan böyütdüyü oğul-sipəri Vətən üçün qurban verməyə hazır olan Azərbaycan Qadınının bundan sonra bir daha müharibə faciələrini yaşamamasını diləyirəm. Arzu edirəm ki, Azərbaycan qızlarının, gəlinlərinin taleləri yarımçıq, balaca qızcığazlar isə atasız qalmasınlar, anaların başı qara örpək görməsin.

Həyat yoldaşı Şəhid olan xanımın həyatı da Şəhid olur. Arzu edirəm ki, Azərbaycanda bir daha mənim kimi Şəhid Xanımları olmasın!

Hər birimizə bu çətin həyatı məqamımızda arxa-dayaq olan, hər birimizə ayrı-ayrılıqda diqqət və qayğı göstərən, hər birimizi tanıyan, zərif, mərhəmətli Mehriban xanım Əliyevadan mən məğrurluğun, əzəmətliliyin nümunəsini götürürəm.

Bu gün Sizləri təbrik edəcək həyat yoldaşlarınız, oğullarınız yoxdur... Lakin Bizlər tək deyilik, biz tənha deyilik. Bizlərin arxasında Ali Baş Komandanımız İlham Əliyev, Mehriban xanım Əliyeva, dövlətimiz, xalqımız var. Həyat yoldaşlarımız Vətəndaşlıq borclarını ən ali səviyyədə-canlarını Vətənə qurban verərək yerinə yetiriblər. Biz onların həyat amallarını davam etdirərək övladlarımızı Azərbaycana və Azərbaycançılığa sadiq, Vətənə bağlı, Vətənpərvər, atalarının adlarına layiq Vətəndaş olaraq böyütməliyik.

Arzu edirəm ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və azadlığı uğrunda Şəhid olmuş həyat yoldaşlarımızın dilədikləri bütöv Azərbaycan daim sülh və firavanlıq içində olsun! Əzizlərim, Bayramınız Mübarək!

Nəcibə Axundova,
45 saylı məktəbin direktoru

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?