Modern.az

Dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi təklif edildi

Dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi təklif edildi

9 Mart 2021, 13:00

“Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nın təkmilləşdirilməsi, eyni zamanda dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi təklif edilir.

 

Modern.az xəbər verir ki, bu haqda Azərbaycan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində qeyd edilib.

 

Sənəddə dispanser qeydiyyatı nəzərdə tutulan xəstəliklər üzrə dərman preparatlarının növlərinin artırılması və ya əvəzedicilərinin tətbiqi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 7 mart tarixli, 38 saylı Qərarının 2-ci bəndində nəzərdə tutulmuş və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nın təkmilləşdirilməsi, eyni zamanda dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi təklif olunur. 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu