Arxiv
19 mart 2021, 16:27 | ANALİTİKA
Bayden-Putin döyüşü: Cənubi Qafqaz əsas cəbhəyə çevrilir - TƏHLİL

Baydenin Putini “qatil” adlandırmasına sonuncunun “kim mənə nə deyirsə, özüdür” tipli cavabı, canlı debata dəvət etməsi, ardınca havada uçuşan ittihamlar ABŞ-Rusiya münasibətlərində geriyədönüşü olmayan vəziyyət yaratdı. Putin onu nə qədər “qoca” hesab etsə də, 30 ilə yaxın xarici siyasətlə məşğul olan Bayden Rusiya liderinə “qatil” deməyin yaradacağı effekti də bilirdi və bu, Vaşinqtonun yeni sahibinin Moskva ilə döyüşü məqsədli şəkildə açıq elan etməsi deməkdir.

Nəticəyə hesablanan səbəblər:

- “Amerika qayıdır” şüarına söykənən Bayden Administrasiyası üçün Tramp dövründə daxili auditoriyada itməkdə olan xarici düşmən obrazının gücləndirilməsi şərtdir;

- “Amerikanı qaytarmaq” üçün Bayden ölkələrin qarşısına seçim şərti qoyur: ya mən ya Putin və bununla ABŞ cəbhəsini genişləndirməyi hədəfləyir;

- Və ana hədəf Çinin yer aldığı Şərq cəbhəsidir: Vaşinqtonun təkqütblü dünya sisteminə ən böyük təhdid Pekin olduğu halda, Bayden “Çinlə iqtisadi müharibə yox, rəqabət aparacağıq” deyir və Rusiyaya “müharibə” elan edir;

düz məntiqlə ABŞ SSRİ-yə qarşı Çini gücləndirmək gedişini əksinə təkrarlaya bilərdi; lakin, “Kssincer planı”nın fərqli formada tətbiqini seçir;

  • Çinlə həlledici döyüşə qədər şərq cəbhəsində iki gücdən daha zəif olanına – Rusiyaya “müharibə” açır;
  • Çinlə həlledici mübarizədə ABŞ-a Mərkəzi Asiya lazımdır və bunun üçün öncə Rusiya ilə döyüşməlidir;
  • Baydenin Putin hakimiyyətini dəyişmək istiqamətində hərəkət edəcəyi şübhəsizdir:

    demokratiyadan daha çox (bu vasitə köhnəlib və Rusiyada işləmir) sanksiyalarla tükəndirmək metodu;

    Buna paralel olaraq, üç cəbhə əsas ola bilər: Şərqi Avropa; Cənubi Qafqaz; Mərkəzi Asiya;

    Birinci cəbhədə (Şərqi Avropa) mühasirəyə alma strategiyası, sonuncu cəbhədə (Mərkəzi Asiya) əməkdaşlıq platformaları üzərindən hərəkət edəcəyi gözləniləndir.

    Əsas cəbhənin Cənubi Qafqazın olacağı ehtimalı daha böyükdür:

    Qarabağ müharibəsi ilə yaranan reallıqlar, Bakı-Aşqabad razılaşması, Türk Konseyinin enerji əməkdaşlığı üzərindən etdiyi gedişlər ABŞ-ın Türkiyə vasitəsilə Mərkəzi Asiyaya çıxdığı mənzərəsi ehtimalını önə çıxarırdı. Lakin bölgədə yaradılması planlaşdırılan “altılıq platforması” (Türkiyə, Rusiya, İran, Azərbaycan, Gürcüstan, Ermənistan) bu versiyanı şübhə altına salır.

    “Altılıq platforması” Çini ABŞ hegomoniyası qarşısında alternativə çevirəcək, Avrasiyanın siyasi-iqtisadi xəritəsini müəyyənləşdirəcək “bir kəmər bir yol” layihəsində “hab” rolunu oynamağa hesablanıb:

    layihənin şimal (Rusiya), cənub (İran) və orta (türkdilli ölkələr) dəhlizləri Cənubi Qafqazda “altılıq platforması”nda birləşir; Rusiyanın bu “hab”da yer alması ABŞ-ın Mərkəzi Asiyaya çıxışı (yaxud istədiyi şəkildə çıxışı) və Çinə qarşı hücum strategiyasında əngəldir;

    Bu mənzərə fonunda ABŞ-ın Rusiyaya qarşı əsas mübarizə cəbhəsi Cənubi Qafqaz – “altılıq patforması” ola bilər: Gürcüstan və İranda islahatçı qanad Baydenin platformaya qarşı əsas topları olacaq;

    Bölgədə mümkün qarşıdurmanın Türkiyə və Azərbaycanı hər iki tərəf üçün həlledici oyunçulara çevirdiyi də ayrı bir həqiqətdir...

    Asif Nərimanlı

     

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Kikboksçumuz 26-cı dəfə dünya çempionu oldu 21 Oktyabr 2021, 19:06 Rusiya şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır - Mariya Zaxarova 21 Oktyabr 2021, 19:03 Futbolçulardan ibarət millimiz UDUZDU 21 Oktyabr 2021, 19:00 “Rusiya atəşkəsin pozulmaması üçün hər şeyi edir” - Zaxarova 21 Oktyabr 2021, 18:55 Malik Həsənov şəhidlərin anım mərasimlərində - FOTO 21 Oktyabr 2021, 18:50 Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib 21 Oktyabr 2021, 18:45 Nazir şəhid ailələri ilə görüşdü 21 Oktyabr 2021, 18:40 Şəhidin anım günüdür - FOTO 21 Oktyabr 2021, 18:35 İctimai Şuranın üzvləri Lənkəranda - FOTO 21 Oktyabr 2021, 18:30 “Sabah”ın baş məşqçisi istefa verdi 21 Oktyabr 2021, 18:25 Fuad Qəhrəmanlının qızına təcavüz edən şəxslə bağlı QƏRAR VERİLDİ 21 Oktyabr 2021, 18:20 Prezidentlə xanımı bu radioya qulaq asdılar - VİDEO 21 Oktyabr 2021, 18:13 Tanınmış ilahiyyatçı dövlətə xəyanətə görə HƏBS OLUNDU 21 Oktyabr 2021, 18:07 “Azərsu” yanında İctimai Şuranın iclası keçirilib 21 Oktyabr 2021, 18:02 Kamran Əliyevdən 3 rayona prokuror TƏYİNATI 21 Oktyabr 2021, 18:00 Qanunsuz ov edən ərəblər SAXLANILDI 21 Oktyabr 2021, 17:55 AzTV-dən deputata ironiyalı CAVAB 21 Oktyabr 2021, 17:50 Rəisidən MESAJ: “Qonşularımızla münasibətlər bizim üçün prioritetdi” 21 Oktyabr 2021, 17:44 Azərbaycanda daha bir partiya rəsmi qeydiyyata alındı 21 Oktyabr 2021, 17:40 Hamilə qadının ölümü ilə bağlı rəsmi AÇIQLAMA - YENİLƏNİB 21 Oktyabr 2021, 17:39 Bakının mərkəzində narkomanlar yuvası - VİDEO 21 Oktyabr 2021, 17:36 Türkiyə şəhid verdi 21 Oktyabr 2021, 17:32 MOSSAD-ın Türkiyədəki şəbəkəsi İFŞA OLUNDU 21 Oktyabr 2021, 17:28 İtkin düşən hərbçilərimizin ADLARI 21 Oktyabr 2021, 17:24 Prokurorluq məktəblinin ölümünü ARAŞDIRIR 21 Oktyabr 2021, 17:22 Vətən müharibəsi şəhidlərinin yeni SİYAHISI 21 Oktyabr 2021, 17:16 Baş nazir: Saakaşvili azı 6 il həbsxanada qalacaq 21 Oktyabr 2021, 17:13 Neft Fondunun gəlirləri ARTIB 21 Oktyabr 2021, 17:08 XİN: Azərbaycan Ermənistana qarşı yeni şikayətlər irəli SÜRƏCƏK 21 Oktyabr 2021, 17:02 Haaqada “Vətənə dəstək” aksiyası keçirilib - FOTO 21 Oktyabr 2021, 16:56 Nazirlikdən güclü külək XƏBƏRDARLIĞI 21 Oktyabr 2021, 16:50 Şəhidin xanımı ərinin il mərasiminə gedərkən qəzada öldü - FOTO 21 Oktyabr 2021, 16:46 Son sutkada peyvənd OLUNANLAR 21 Oktyabr 2021, 16:40 Yoluxma azaldı, ölü sayı çoxaldı - Bu günün statistikası 21 Oktyabr 2021, 16:36 Azərbaycan və Qazaxıstan arasında MEMORANDUM 21 Oktyabr 2021, 16:30