Arxiv
27 mart 2021, 09:48 | ANALİTİKA
Xankəndidə rus dilini “dövlətləşdirən” separatçıların məqsədi...

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

 

Vətən müharibəsindən sonra dilləri qarınlarına girmiş ermənilərin “rus dilçəyindən” güc alıb indi yenidən Azərbaycana qarşı “dil” çıxarmaları gözlənilən idi. Müharibədə məğlub olan haylar qaragözlük edib əvvəlcə Rusiyanı günahkar çıxarsalar da, bunun heç bir işə yaramadığını görüncə, çıxış yolunu “şirin” dilləri ilə rus dabanını yalamaqda gördülər.

 

Əslində Rusiya “məramı sülh olmayanların” qoltuğuna girən separatçı erməni toplusunun bir gün öncə Xankəndidəki qondarma “parlamentdə” rus dilinin “ikinci dövlət dili” olması barədə “qərar” qəbul etmələrini yeni “Qarabağ filminin jurnalı” kimi qəbul edilməlidir. Çünki ermənilərin rus dilinə münasibəti şovinist-monoetnik ölkə olduqları üçün, azərbaycanlılardan fərqli olaraq həmişə aşağı səviyyədə olub. Məsələn, “itin dilini bilən” ermənilərin 1993-cü ildə qəbul etdikləri dil haqqında qanunlarında, tədris dili rus dili olan dövlət orta məktəbləri yoxdur. Başqa ölkə vətəndaşlığı olan və ya etnik azlıqlardan olan uşaqlar üçün isə alternativ olaraq, ölkənin 40 məktəbində yalnız bir neçə fənnin erməni dilində tədris olunduğu rus sinifləri mövcuddur.

 

Dağlıq Qarabağa gəlincə isə burada, Alvina Nersesyanın 2017-ci ildə elmi bülletendə nəşr olunmuş “Artsaxda rus dili: Tarix və müasirlik” adlı məqaləsində qeyd edilir ki, “Rusiya, rus dili, erməni xalqının, xüsusilə Artsax ermənilərinin həyatında əhəmiyyətli bir rol oynayıb. Üç əsr boyunca Qarabağ Rusiyanın təsir dairəsində idi. Rus-Qarabağ əlaqələri praktik olaraq Çar I Pyotrun dövründən başlayır, Qarabağ məlikləri ondan himayədarlıq istəyirdilər. 1805-ci ildə Rus-Fars müqaviləsinə görə (Kürəkçay müqaviləsi. red. M.A.) Qarabağ Rusiyanın yurisdiksiyasına daxil oldu və 1813-cü ildə Rusiya ilə Fars arasında bağlanan Gülüstan müqaviləsinə görə bütün Qarabağ Rusiya imperatorluğunun bir hissəsi olaraq, “əbədi və hər zaman” tanındı. Daha sonra bu müqavilənin müddəaları 1828-ci ildə Rusiya ilə Fars arasında imzalanan yeni Türkmənçay müqaviləsi ilə təsdiqləndi. Rus mədəniyyəti və rus dili Qarabağ ermənilərinin həyatının ayrılmaz hissəsinə çevrildi. Qarabağda, ermənilərlə rusların birlikdə yaşadıqları və birlikdə çalışdıqları, ortaq ailələr, həmçinin ortaq qəbiristanlıqlara sahib olduqları yerlər meydana gəldi. Sovet dövründə isə Artsaxda 10 rus məktəbi var idi, indi yalnız biri var. Bundan əlavə, rus dilində təhsil almaq hüququ bu gün əsasən ən azı bir valideyninin Rusiya vətəndaşlığı olan uşaqlara verilir”.

 

Doğrudur, müəllif tarixi olayları dəqiqliklə qeyd edib, ancaq heç bir yerdə bu ərazilərin Rusiya və İran arasında ikiyə bölünmüş Azərbaycan torpaqları olduğunu ruslara yalaqlıq edən dilinə gətirmir.

 

Əslində, Xankəndidə rus dilini “dövlətləşdirən” separatçıların məqsədi, heç də bu dilə aşiq olmalarından irəli gəlmir. Sadəcə məqsəd Azərbaycanın işini gələcəkdə “uruscağ” etməkdir...

 

Burada, ən maraqlı məqam isə onun “rus dilində təhsil almaq hüququ bu gün, əsasən ən azı bir valideyninin Rusiya vətəndaşlığı olan uşaqlara verilir”, - deməsidir. Bu isə o deməkdir ki, torbadakı “rus dili”nin səsi, yaxın bir neçə ildə “metis” – qarışıq soydan olan uşaq səsinə çevrilib mütləq çıxacaq. Yəni, erməni qızları hər dəfə bir rus əsgərinin doğum gününə tort bişirməklə, özlərini “şirinləşdirib” nikahlanaraq Rusiya vətəndaşlıqlarını təmin edəcəklər. Bundan sonra indi gəl, Dağlıq Qarabağda “ruslaşmış”, həmçinin, Rusiya vətəndaşı olmuş separatçılardan Xankəndini, Xocalını, Xocavəndi, Ağdərəni və Əsgəranı azad elə... Odur ki, bu məsələnin həllini gələcək nəsillərə saxlayıb, Dağlıq Qarabağı Donbasa, Luqanska və Krıma çevirmək heç bir halda yolverilməzdir.

 

Baxın, Çiçəklənən Ermənistan Partiyasının üzvü Naira Zohrabyan parlamentdəki brifinqdə, qondarma “dqr”də rus dilinə rəsmi status verilməsini məntiqli hesab edərək, “Yaxın vaxtlarda Rusiya ilə yeni hərbi-siyasi ittifaqın mükəmməl bir layihəsini təqdim edəcəyik” deyir. Maraqlıdır, özlərini iliklərinə qədər Rusiyaya vermiş ermənilər bundan sonra hansı yeni hərbi-siyasi ittifaqı nəzərdə tutur?  

Doğrudur, separatçıların Azərbaycana qarşı yeni “dil çıxarmaları” ilə bağlı ölkə Prezidenti hələ ötən ayın 26-da, “Qarabağda rus dili rəsmi dil ola bilməz. Azərbaycanın bir rəsmi dili var! Xarici əsgərlərin Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır. Bu, hərbi baza anlamına gəlmir. 5 ildən sonra Azərbaycan fərqli fikir sərgiləsə, onların fəaliyyətinə son veriləcək! Xocalıya da biz qayıdacağıq. Ermənistan tərəfi bunu anlamalıdır! “Arsax” dövləti olmayıb və olmayacaqda! Qarabağ aranı ilə, dağı ilə Azərbaycanın ayrılmaz hissəsidir!”, - desə də, nə fayda, ermənilər Qarabağ məsələsində nə ana, nə də ataları saydıqları rusun dilində qanırlar. Onların qandıqları yeganə “dil” güc və ya zopa dilidir! 

 

Odur ki, rəsmi Bakı separatçıların dilini dərhal kəsmək üçün, onlara “dilçəklik” edən  Moskvanın qarşısına qəti şəkildə şərt qoymalıdır: qondarma “dqr”ə aid bütün qurumlar yaxın günlərdə ləğv edilməli, ora qondurulmuş “deputatlar” uçurulmalı, Xankəndində asılmış əski parçası yerə salınmalı və Arutyunyanla Balasanyan Azərbaycan prokurorluğuna təslim edilməlidirlər! Əks təqdirdə, Ermənistanı dirçəldəcək heç bir kommunikasiya açılışına getmək olmaz. Qoy, illər uzunu özlərini blokada şəraitinə salıb süründükləri kimi, bundan sonra da dilənçiliklərinə davam etsinlər. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Rus aləmi”: Kreml “yumşaq gücü”nü sərtləşdirir 16 Oktyabr 2021, 09:29 Baş qazi Etimad Əsədovun vəfatından üç il ötür... 16 Oktyabr 2021, 09:24 Bakıda ticarət mərkəzi yanır 16 Oktyabr 2021, 09:18 118 əfqanıstanlı Azərbaycandan sığınacaq İSTƏYİB 16 Oktyabr 2021, 09:15 Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri BAŞLAYIB 16 Oktyabr 2021, 08:46 Beyrutda 19 nəfər saxlanıldı 16 Oktyabr 2021, 00:52 İranın Baş Qərargah rəisi Moskvaya gedir 16 Oktyabr 2021, 00:33 Gəncədə prorektor öldü 16 Oktyabr 2021, 00:08 Türkiyənin koronavirus statistikası 15 Oktyabr 2021, 23:55 "Qarabağ"ın futbolçusu Krımda evlənir- FOTOLAR 15 Oktyabr 2021, 23:25 Rusiya həbsxanasında qiyam 15 Oktyabr 2021, 23:07 AFFA-dan məşhur serialla bağlı AÇIQLAMA 15 Oktyabr 2021, 22:45 Rusiyaya qanunsuz geyim keçirmək İSTƏDİLƏR   15 Oktyabr 2021, 22:40 "Biz"ə MÜKAFAT verildi 15 Oktyabr 2021, 22:27 Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək 15 Oktyabr 2021, 22:17 İtaliyada COVID sertifikatlarına ETİRAZ 15 Oktyabr 2021, 22:08 Üç ölkə parlament komissiyalarının İCLASI 15 Oktyabr 2021, 21:51 Komitə sədri: “Radikal qruplaşmaların asayişi pozmaq imkanları sıfırdan aşağıdır” 15 Oktyabr 2021, 21:38 Ölkəmizdə “Formula-1”  bu tarixlərdə keçiriləcək 15 Oktyabr 2021, 21:27 Nərimanovda intihara CƏHD 15 Oktyabr 2021, 21:09 Ermənistan YALAN məlumat yayıb 15 Oktyabr 2021, 20:54 Polşa Türkiyədən yeni silahlar alacaq 15 Oktyabr 2021, 20:34 Onların Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİ 15 Oktyabr 2021, 20:18 Türkiyədə 2 terrorçu zərərsizləşdirildi 15 Oktyabr 2021, 20:09 İlham Əliyev Müstəqillik Günü haqqında qanunu TƏSDİQLƏDİ 15 Oktyabr 2021, 19:52 Güneydəki həbslərlə bağlı BƏYANAT 15 Oktyabr 2021, 19:51 ABŞ səfiri Fərid Qayıbovla görüşdü 15 Oktyabr 2021, 19:41 Ceyhun Bayramov fransızlara Ermənistanın cinayətlərindən DANIŞDI 15 Oktyabr 2021, 19:28 Azərbaycandan Gürcüstana gedənlər ARTIB 15 Oktyabr 2021, 19:17 Britaniyalı deputat bıçaqlandı 15 Oktyabr 2021, 19:12 Ağdamda yeni mərkəz açıldı 15 Oktyabr 2021, 19:00 Bu şəxslər daha 5 il vergi və gömrük rüsumu ödəməyəcək  15 Oktyabr 2021, 18:52 Qanunsuz ov edən cəzalandırıldı 15 Oktyabr 2021, 18:45 Hərbi sirr kimi gizlədilən telekanal REYTİNQLƏRİ 15 Oktyabr 2021, 18:38 Müdafiə Nazirliyi MAXE qəbulu elan etdi 15 Oktyabr 2021, 18:22