Modern.az

“Azəriqaz”ın əməkdaşlarına peyvənd vurulur

“Azəriqaz”ın əməkdaşlarına peyvənd vurulur

7 Aprel 2021, 16:05

Aprelin 7-də “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının koronavirus infeksiyasına qarşı vaksinasiyasına başlanılıb.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, Birliyin əməkdaşlarının işdən ayrılmadan daha rahat şəkildə peyvəndlənməyə cəlb edilməsi üçün şərait yaradılıb:

 

“Yaxın 4-5 gün ərzində “Azəriqaz” İB-nin yaşı 40-dan yuxarı olan 1045 əməkdaşına peyvənd vurulacaq. Gündəlik 200-dən artıq işçinin bu prosesə qatılacağı gözlənilir”.

 

Qeyd edib ki, qurumun əməkdaşlarının vaksinasiyası könüllü formada həyata keçirilir:

 

““Azəriqaz” İB-nin qəza xidməti, müştəri xidməti və digər bir neçə sahə üzrə işçiləri abonentlərlə ayrı-ayrı vaxtlarda ünsiyyətdə olur. Onlar risk qrupuna aid edilir. Bu baxımdan, Birlik öz işçilərinin “COVID-19” əleyhinə vaksinasiyasının aktiv şəkildə aparılmasında maraqlıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı