Modern.az

Qazaxıstanın rəsmi dövlət qəzeti Nizamidən yazdı

Qazaxıstanın rəsmi dövlət qəzeti Nizamidən yazdı

Aktual

8 Aprel 2021, 10:04
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli böyük Azərbaycan şairi, mütəfəkkiri və filosofu Nizami Gəncəvi haqqında geniş məqalə qələmə alıb. “Şeir cövhərinin tacını geyən Nizami” adlanan məqalə Qazaxıstanın rəsmi dövlət qəzeti "Egemen Qazaxıstan" qəzetində idərc olunub.
 
Modern.az xəbər verir ki, məqalədə müəllif Nizami Gəncəvinin mənəvi irsinin bütün Şərq aləmində və Türk dünyasındakı rolundan bəhs edir. Bundan əlavə, dahi şairin yaradıcılığının Qazax şeirinə və Qazax klassiklərinin əsərlərinə təsiri qeyd olunur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci ili "Nizami Gəncəvi ili" elan etməsini nəzərə alaraq, Beynəlxalq Türk Akademiyası şairin irsinin beynəlxalq səviyyədə tədqiqi və təbliği istiqamətində layihələr həyata keçirməkdədir.

Akademiyanın dəstəyi ilə onun əsərlərinin Qazax dilinə tərcüməsi həyata keçirilib və indiyədək tərcümə olunmuş əsərləri ilə birlikdə nəfis tərtibatda yeni kitabların nəşri nəzərdə tutulub.

Məqalə aşağıdakı linkdə:
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi