Arxiv
8 Aprel 2021, 17:18 | TƏHSİL
Builki imtahanlarda hərarəti olan abituriyentlərə şans veriləcəkmi? - DİM-dən CAVAB

Aprel ayının 15-dən etibarən Azərbaycanda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının (qəbul imtahanının birinci mərhələsi) keçirilməsinə başlanılacaq. 15, 16, 22, 23 və 29, 30 aprel tarixlərində ölkənin rayon və şəhərlərində keçiriləcək imtahanların aprel ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulub. Bundan sonra isə qəbul imtahanın ikinci mərhələsi keçiriləcək. 

İmtahanlarla bağlı abituriyentlər və valideynlərdə bəzi narahatlıqlar var. Bildiyimiz kimi, keçən il hərarəti yüksək olan abituriyentlər imtahanlara buraxılmamışdı.

Bu il yenə həmin hallar baş verərsə, hərarəti yüksək olan abituriyentlərin sonrakı aqibəti necə olacaq?

Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə mövzu ilə bağlı Modern.az-a məlumat verib. O bildirib ki, koronavirus pandemiyası dövründə DİM tərəfindən keçirilən imtahanlarda iştirakçıların sağlamlığının qorunması, onların təhlükəsiz şəraitdə imtahan verməsi üçün müəyyən şərtlərə əməl olunur:


“Əgər imtahan iştirakçısının bədən hərarəti 37°C və ondan yuxarıdırsa, həmin şəxslər imtahana buraxılmır. Ümumiyyətlə, hər bir iştirakçı imtahan binasına daxil olarkən özünün və təmasda olduqları ailə üzvlərinin heç birində son 15 gün ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxma halının müəyyən edilməməsi, imtahana gələrkən bədən hərarətinin 37°C-dən aşağı olması, həmçinin tənəffüs yollarının kəskin infeksiyası simptomlarının mövcud olmaması haqqında bəyannamə imzalayır və bununla bağlı məsuliyyəti öz üzərinə götürür.


Bədən hərarəti olanlar üçün ayrıca bir otağın və nəzarətçinin ayrılması isə ictimai sağlamlıq baxımından düzgün və təhlükəsiz hesab oluna bilməz. 


Ötən il də buraxılış imtahanlarında sayları az olsa da, bədən hərarəti normadan yüksək olduğu üçün imtahana buraxılmayan şagirdlər var idi. Bununla bağlı biz hər dəfə məlumat təqdim edirdik. Lakin buraxılış imtahanları 1 neçə istiqamət və günlərdə keçirildiyi üçün həmin şəxslər əvvəlcədən DİM-ə müraciət etdikdən və öz sağlamlıqları haqqında lazımi sənədləri təqdim etdikdən sonra digər imtahan günlərinin birində onların da imtahanlarda iştirakı təmin olunmuşdu. Ötən il DİM-ə müraciət edən və sırf bu xəstəliklə əlaqədar buraxılış imtahanından kənarda qalan bir nəfər də olmayıb. Bu il də belə hallar olarsa, eyni yanaşma tətbiq olunacaq. Ancaq nəzərə almaq lazımdır ki, buraxılış imtahanı günlərinin sayı məhduddur və bu proses sonsuzadək şəkildə davam edə bilməz. İmtahanlarda on minlərlə insan iştirak edir və hər bir imtahandan sonra prosesin digər mərhələləri (nəticələrin yoxlanılması, elan olunması, ixtisas seçimi və s.) həyata keçirilməlidir. Bütün bunlar bir-birilə sıx bağlıdır və burada ləngimək olmaz.


Qəbul imtahanlarına gəldikdə isə sanitar-epidemioloji vəziyyət əlverişli olarsa, bu imtahanların iki dəfə keçirilməsi planlaşdırılır. Abituriyentlərin iki şansının olması onları gözlənilməz hallardan sığortalamış olur”.



Mehri QURBAN

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Arterial təzyiqin göz damarlarına təsiri 8 May 2021, 08:26 Şuşanın azad olunmasından 6 ay ötür - İşğal tarixini unutmayaq! 8 May 2021, 08:22 Azərbaycan və ATƏT-in 10 ölkəsindən birgə BƏYANAT 8 May 2021, 08:14 Ramazanın 25-ci günün duası - İmsak və iftar vaxtı 8 May 2021, 04:02 Gəncədə oğul anasını bıçaqladı 8 May 2021, 01:00 Bayden Putinlə görüşəcəyinə əmindir 8 May 2021, 00:51 Keçmiş pilot Putinin təyyarədəki davranışından danışdı 8 May 2021, 00:35 Abşeronda dəhşətli hadisə - maşınlar piyadanın üstündən keçdi 8 May 2021, 00:18 Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI 8 May 2021, 00:05 Rusiya MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA 7 May 2021, 23:53 “Rusların acığına Njde kimi faşistlərə abidələr ucaldılır” - Jirinovski 7 May 2021, 23:37 Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ 7 May 2021, 23:23 Çempionlar Liqasının finalı İstanbulda keçirilməyə bilər 7 May 2021, 23:10 Misirdə “Xarı bülbül” sərgisi - FOTO 7 May 2021, 22:59 Erməni deputat xalqa çağırış etdi: "Qarabağı unudun" 7 May 2021, 22:47 Türkiyədə yoluxma və ölüm sayında azalma 7 May 2021, 22:33 Prokurorluq işçilərinin sosial müdafiəsi gücləndirilir 7 May 2021, 22:21 UEFA-dan Avropa Super Liqasına qoşulan klublarla bağlı QƏRAR 7 May 2021, 22:09 ÜST Çinin daha bir peyvəndini təsdiqlədi 7 May 2021, 21:58 BAMF-la Brüssel Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı 7 May 2021, 21:45 Rusiyanın Xalq artisti vəfat etdi 7 May 2021, 21:34 İlham Əliyev bu fərmanı ləğv etdi 7 May 2021, 21:21 “Elektron prokurorluq” informasiya sistemi yaradılacaq 7 May 2021, 21:08 Şəhid ailələri bu ödənişdən azad olundu 7 May 2021, 21:06 Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı 7 May 2021, 20:56 Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTO 7 May 2021, 20:42 Ərdoğanla Putin arasında “Sputnik V” müzakirəsi 7 May 2021, 20:33 Azərbaycanda bu qəzetin adı dəyişdirildi 7 May 2021, 20:20 Nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələri faydalanacaq - Nazir 7 May 2021, 20:06 Məktəblərdə dərslər qismən bərpa olunur - QƏRAR 7 May 2021, 19:43 Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinə töhmət verilib 7 May 2021, 19:19 3 hakimin səlahiyyətlərinə xitam verilib 7 May 2021, 19:06 İncəsənət xadimlərinə mükafatlar verilib - ADLAR 7 May 2021, 18:58 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib 7 May 2021, 18:53 Mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - 7 May 2021, 18:49