Modern.az

Şimali Koreyanı aclıq GÖZLƏYİR

Şimali Koreyanı aclıq GÖZLƏYİR

10 Aprel 2021, 09:20

Şimali Koreya lideri Kim Çen In ölkədə kütləvi aclıq yaşanacağını elan edib.

Modern.az BBC-yə istinadən xəbər verir ki, Kommunist Partiyasının konfransında çıxış edən In ölkə sakinlərini ağır günlərə hazır olmağa çağırıb.

 

O, Şimali Koreyadakı hazırkı durumu 1990-cı illərin sonundakı vəziyyətlə müqayisə edib. Həmin vaxt kütləvi aclıq zamanı 10 mindən 3 milyona qədər vətəndaş aclığın qurbanı olmuşdu.

 

Ölkənin ağır duruma düşməsinin səbəbi kimi koronavirus pandemiyası fonunda əsas ticarət partnyoru Çinlə sərhədlərin bağlanması və beynəlxalq sanksiyalar göstərilir.

 

 

Sizə yeni x var
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?