Arxiv
11 Aprel 2021, 13:42 | DÜNYA
Putin yenə hədələyir: Qərb hazır olmalıdır

ABŞ-ın “Vaşinqton Post” qəzetində “Putin yenə Ukraynanı müharibə  ilə hədələyir. Qərb cavab verməyə hazır olmalıdır” başlıqlı məqalə dərc olunub. Məqalə redaksiya heyəti adından təqdim edilib.

Modern.az saytı Novator.az-a istinadən xəbər verir ki, məqalədə deyilir ki, Rusiya prezidenti Vladimir Putin iqtisadiyyatdakı durğunluğa və ölkədə koronavirusa qarşı yetərsiz tədbirlərə görə cəmiyyətin gündən-günə artan narazılığı ilə qarşılaşır: “Onun Qara dənizin sahilində özünə tikdirdiyi malikanədən bəhs edən videoya “Youtube” kanalında 115 milyondan çox baxışın olması Rusiya prezidentini karıxdırıb, ABŞ prezidenti Cozef Baydenin onu “qatil” adlandırması isə Putini daha həssas bir duruma salıb.

Sentyabr ayında ölkədə keçirilməli olan parlament seçkisi ərəfəsində müstəqil sosioloji qurumların apardığı sorğular rusiyalıların yalnız 27%-nin hakim partiyaya səs verməyə hazır olduğunu göstərir. Respondentlərin 41%-i isə Vladimir Putini gələn prezident seçkisində yenidən namizəd kimi görmək istəmir. Bu, Putinin reytinqində onun ziyanına olan rekord göstəricidir”.

Məqalədə vurğulanır ki, məhz bu səbəbdən Putin köhnə taktikaya əl atır, ictimai rəyi yayındırmaq üçün qonşu Ukrayna ilə və Ukraynanın Qərbdəki müttəfiqləri ilə münasibətləri gərginləşdirir.

Məqalədə xatırladılır ki, 2014-cü ildən Rusiyanın dəstəyi ilə Ukraynanın şərqinə qismən nəzarət edən qüvvələr 2021-ci ilin fevralından atəşkəsi pozmaqdadır. Həmin atəşkəs razılaşması 2020-ci ilin yayında əldə olunmuşdu. Atəşkəsin pozulması nəticəsində Ukraynanın bir neçə əsgəri həlak olub. Daha sonra Rusiya minlərlə hərbçini münaqişə bölgəsinə yaxın yerə, Ukrayna sərhədinə, eləcə də ilhaq etdiyi Krım bölgəsinə yığıb: “Hər halda bütün bunlarla Putin Qərbin diqqətini cəlb edə bilib”.

Daha sonra yazıda Putinin Qərbin diqqətini cəlb etməsinə dair faktlar sadalanır. Bildirilir ki, ABŞ-ın Avropadakı qoşunları “potensial münaqişə həddi” dərəcəsində hərbi hazırlıq vəziyyətinə gətirilib. ABŞ prezidenti Cozef Bayden Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edərək ona dəstəyini ifadə edib. Böyük Britaniyanın baş naziri Boris Conson, NATO-nun baş katibi Yens Stoltenberq də Ukrayna prezidentinə telefonla zəng ediblər. Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel Ukraynadakı vəziyyəti Vladimir Putinlə video formatda müzakirə ediblər. ABŞ-ın Silahlı Qüvvələrinin baş qərargah rəisi general Mark A.Milli rusiyalı həmkarına zəng edərək onunla Ukraynadan danışıb. Bundan sonra Angela Merkel yenidən Vladimir Putinə zəng edib və ondan hərbi müdaxilənin dayandırılmasını istəyib.

Məqalədə deyilir ki, Kremlin təbliğat maşını gözlənildiyi kimi Ukraynanı təcavüzkar obrazında təqdim edir və bu ölkənin məhvinə gətirib çıxara biləcək bir müharibənin başlanacağı haqda xəbərdarlıqlar edir: “Amma həm rusiyalı, həm də ukraynalı analitiklər Putinin iri miqyaslı hücuma başlayacağına şübhə ilə yanaşırlar”.

“Vaşinqton Post”un redaksiya məqaləsində bildirilir ki, onsuz da Rusiya vətəndaşlarının təlx olmuş ovqatı müharibənin gətirəcəyi çoxsaylı itkilərlə yaxşılaşası deyil: “Amma ola bilsin, Putin sürətlə Ukrayna hərbi qüvvələrinin burnunu əzmək, bununla Zelenskini siyasi güzəştlərə məcbur etmək və növbəti atəşkəs sazişinə nail olmaq istəyir. Eyni zamanda Putin Ukrayna məsələsində fikir ayrılıqlarını aradan qaldırıb Amerika ilə Avropanı yekdil mövqeyə gətirməyə çalışan Cozef Baydenin cəhdlərini puça çıxarmağı düşünür.

Qərb hökumətləri hələ də ümid edir ki, diplomatik səylər və sədlər Putini dayandıra bilər. Ancaq onlar bunun baş verməyəcəyi ana da hazır olmalıdırlar.

Ukraynaya hərbi texnika və hərbi təlimlərlə yardım göstərən ABŞ Ukrayna qüvvələrinin hücuma məruz qalacağı təqdirdə əlavə yardımlar etməyə hazır olmalıdır. Qərb hökumətləri isə sanksiyalar əllərində hazır durmalıdırlar. Hər hansı hücum olarsa, dərhal Rusiya ilə Almaniya arasındakı “Şimal axını – 2” qaz kəməri layihəsinə son qoyulmalıdır. Bu, onsuz da xeyli mübahisə doğuran bir layihədir”.

Məqalənin sonunda vurğulanır: “Putinə imkan vermək olmaz ki, Ukrayna ilə müharibəni Rusiyanın daxili siyasətində gündən-günə dərinləşən problemlərdən qurtulmağın alətinə çevirsin”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ter-Petrosyan eks-prezidentləri Paşinyana qarşı birləşməyə ÇAĞIRDI 6 May 2021, 17:00 Çavuşoğlu: “Bəzi məsələlərdə Moskva ilə Ankaranın mövqeyi haçalanır” 6 May 2021, 16:57 Ombudsman Miyatoviçə məktub yazdı 6 May 2021, 16:52 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Rusiyaya təhvil verdi 6 May 2021, 16:46 Ötən gün peyvənd olunanların sayı AÇIQLANDI 6 May 2021, 16:40 Yoluxma azaldı, sağalanlar çoxaldı - 18 nəfər öldü 6 May 2021, 16:34 Əbədiyaşar lider 6 May 2021, 16:28 Nazir: Azərbaycanda qeyri-neft ixracı artıb 6 May 2021, 16:22 Alimlər COVID-19-a qarşı ən yaxşı peyvəndi seçdi 6 May 2021, 16:16 Köçəryan Paşinyanı məhkəməyə verdi -  4 min dollar təzminat 6 May 2021, 16:10 Paşinyan-Lavrov görüşü başladı – FOTO 6 May 2021, 16:05 Koçaryanın seçki blokunun tərkibi AÇIQLANDI 6 May 2021, 16:02 Bakıda piyada zolağı ilə bağlı YENİLİK 6 May 2021, 15:56 Qonşu ölkədə daha 338 nəfər koronavirusdan öldü 6 May 2021, 15:50 Müğənni Elçin Hüseynov 4 aya  32 kq arıqladı - FOTO 6 May 2021, 15:45 Lavrov Bakıda Şəhidlər Xiyabanını ziyarət etməlidir 6 May 2021, 15:39 Kamran Əliyev 100 gənc hüquqşunasa xidməti vəsiqə verdi 6 May 2021, 15:35 UNEC-də ulu öndərin 98-ci ildönümünə həsr olunan konfrans keçirilib   6 May 2021, 15:30 Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırıldı 6 May 2021, 15:25 Məğlub ölkədə Qələbə günü:  Almaniyada 9 May necə keçirilir… 6 May 2021, 15:19 Prezident Kazım Qurbanovu təltif etdi 6 May 2021, 15:18 Fermerlərə 121 milyon manatdan çox subsidiya ödənilib 6 May 2021, 15:12 Şuşa şəhərinə çəkilən ikinci yolda işlər sürətləndirilib - RƏSMİ 6 May 2021, 15:06 Ankaradan Latviyanın “soyqırımı” qərarına sərt REAKSİYA 6 May 2021, 15:00 Kişiləri döyən qadınlar... 6 May 2021, 14:54 “Maskadan düzgün istifadə etməmək, maska taxmamağa bərabərdir” 6 May 2021, 14:49 ANAMA yeni minatəmizləmə texnikaları almağı planlaşdırır 6 May 2021, 14:45 Prezident sərəncam İMZALADI 6 May 2021, 14:40 Ermənistanda məğlubiyyətə görə 628 nəfər istintaqa cəlb edildi 6 May 2021, 14:34 Vətən Müharibəsi qəhrəmanlarının mənzilləri tarixi abidə sayılacaq 6 May 2021, 14:28 1873 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub 6 May 2021, 14:22 “Dövlət sərhədi haqqında” qanuna dəyişiklik edilir 6 May 2021, 14:16 Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib - VİDEO 6 May 2021, 14:10 Vətən Müharibəsi qəhrəmanlarının adları əbədiləşdiriləcək 6 May 2021, 14:06 Fermerlər zərərvericilərə görə SMS alacaqlar 6 May 2021, 14:00