Modern.az

Prokurorluq işçilərinin sosial təminatı yaxşılaşdırılır

Prokurorluq işçilərinin sosial təminatı yaxşılaşdırılır

13 Aprel 2021, 14:00

 

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü deputat Kamal Cəfərov "Prokurorluq haqqında" və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanun layihələrinə ediləcək dəyişiklikləri şərh edib.

 

Modern.az-ın xəbərinə görə, deputat qeyd edib ki,  2020-ci ildən başlayaraq Prezident  İlham Əliyevin tapşırıq və tövsiyələri rəhbər tutulmaqla prokurorluq orqanlarında institusional, qanunvericilik və kadr islahatları həyata keçirilməkdədir: "

 

Baş Prokurorluğun müasir dövrün çağırışlarına müvafiq, çevik və funksional fəaliyyətini təmin etmək məqsədilə  Prezidentin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə yeni struktur təsdiq edilib. Eyni zamanda Baş Prokurorluğun idarə və şöbələrinin sayı 15-dən 18-dək artırılıb.

 

Bununla yanaşı olaraq, müvafiq bilik və peşə bacarığı olan, şəffaf fəaliyyəti, müasir dünyagörüşünə malik şəxslər prokurorluq orqanlarında yüksək vəzifələrə təyin ediliblər. 

 

Qanun layihələrinin məqsədlərindən biri də prokurorluq orqanlarının sosial təminatının yaxşılaşdırılmasıdır. 

 

İkinci istiqamət isə ondan ibarətdir ki, bundan sonra prokurorluq orqanlarına daxil olan şəxslər icbari təlimi Prokurorluğun elm-tədris mərkəzində keçəcəklər. Bunun da öz səbəbləri var. Çünki Prokurorluğun elm-tədris mərkəzinin fəaliyyətinə peşəkarlar cəlb edilib, bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq memorandumları imzalanıb, o cümlədən yeni və müasir inzibati binası və təlim otaqları var. 

 

Üçüncü istiqamət isə stajorluq və sınaq müddətlərinin 2 dəfə azaldılması ilə bağlıdır. Əvvəllər ilk dəfə prokurorluq orqanın daxil olan şəxslər 1 illik stajor kimi sonra attestasiya və daha sonra isə 6 aylıq sınaq müddəti ilə vəzifəyə təyin olunurdular. İndi isə stajorluq müddəti 2 dəfə azaldılaraq 6 ay olur. 5 il hüquqşünaslıq ixtisası üzrə təcrübəyə malik şəxslər stajorluq müddətindən azad oluna bilər. Bundan əlavə, attestasiya ləğv edilir, sınaq müddəti isə 3 ay müəyyən edilir". 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür