Modern.az

Türkiyədə karantin rejimi sərtləşdirilir

Türkiyədə karantin rejimi sərtləşdirilir

Dünya

13 Aprel 2021, 20:14

Türkiyədə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində karantin rejimi qismən sərtləşdirilir.

 

Modern.az xəbər verir ki, bu barədə qərar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə aprelin 13-də keçirilən Nazirlər Kabinetinin toplantısında qəbul edilib.

 

 

“Ramazan ayının ilk iki həftəsində tədbirləri bir az da sərtləşdirərək, qismən qapanma tətbiq edəcəyik”, - dövlət başçısı deyib. 

 

Qismən qapanma ilə əlaqədar qəbul olunmuş qərarlar belədir:

 

Həftəsonu küçəyə çıxma yasağı davam edərkən, həftəiçi küçəyə çıxma qadağası axşam 19:00-dan səhər 05:00-dək davam edəcək.

Küçəyə çıxma qadağası saatlarında məcburi hallar istisna olmaqla, şəhərlərarası səyahətlərə icazə verilməyəcək.

65 yaşdan yuxarı-18 yaşdan aşağı .əxslərin ictimai nəqliyyatdan istifadəsinə qoyulan məhdudiyyət yenidən bərpa olunub.

Tədrisdə imtahan ərəfəsində olan VIII və XII siniflərlə məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, distant formada davam edəcək.

Kafe, qiraətxana, çay evləri və bənzər məkanlar fəaliyyətlərinə bayramdan sonrayadək fasilə verəcək.

Yeməkxana və bənzər obyektlər Ramazan boyu çatdırılma sisteminə keçəcək.

Xınayaxdı, toy, ümumi şura kimi iclaslar bayram sonrasına qədər təxirə salınır.

Hotellər, sadəcə, öz müştəriləri ilə xidməti davam etdirəcəklər.

Qonaqlama müəssisələri, evlərdə kütləvi iftar və bənzər fəaliyyətlər həyata keçirilməyəcək.

 

Qadağaların tətbiqinə sabah axşamdan başlanılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı