Modern.az

Müxalifət liderləri Morninqstarla görüşüb

Müxalifət liderləri Morninqstarla görüşüb

15 Sentyabr 2012, 18:32


ABŞ-ın ölkəmizdəki yeni səfiri Riçard Morninqstar Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarının səkkiz lideri ilə görüş keçirib. Bu barədə Modern.az-a Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. G.Aslanlı bildirib ki, görüşdə Müsavat başqanı İsa Qəmbər də iştirak edib. Səfirlə görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, seçkiöncəsi mövcud  durum geniş şəkildə müzakirə edilib. ABŞ səfiri ilə görüşdə AXCP sədri Əli Kərimlinin də iştirak etdiyi bildirilib. 

Qeyd edək ki, görüş dünən axşam saatlarında mətbuata qapalı şəkildə baş tutub.

Anar RÜSTƏMOV  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi