Modern.az

MSK üzvlüyünə namizədlərin SİYAHISI

MSK üzvlüyünə namizədlərin SİYAHISI

Aktual

23 Aprel 2021, 15:52

Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında Mərkəzi Seçki Komissiyasının üzvlüyünə hakim partiya tərəfindən irəli sürülən namizədlərin siyahısı müəyyənləşib.

Modern.az xəbər verir ki, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası qaydalara uyğun olaraq, MSK üzvlüyünə 6 namizəd irəli sürüb. Bu namizədlər Məzahir Pənahov, Rövzət Qasımov, Hüseyn Paşayev, Şaitdin Əliyev, Ramiz İbrahimov və Validə Kazımovadır.


Bitərəf deputatların MSK üzvlüyünə namizədləri isə ötən gün müəyyənləşmişdi.

Onlar Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirxanlı, Fuad Cavadov, Qabil Orucov, Nailə Əsgərova və Aydın Muradovdur.

Parlamentdə azlıq təşkil edən siyasi partiyalardan isə hələlik bir neçəsinin namizədləri təqdim edilib. Milli Məclisdə bir deputatla təmsil olunan Böyük Quruluş Partiyasının (BQP) namizədi Bəxşeyiş Əsgərov,  Ana Vətən Partiyasının (AVP) namizədi Etibar Quliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) namizədi  Mikayıl Rəhimlidir.

3 deputatla parlamentdə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyası (VHP) isə Almas Qəhrəmanlının namizədliyini irəli sürüb.

Parlamentdə azlıq təşkil edən digər 6 partiyanın isə 2 namizədi olacaq. Həmin namizədlərin yaxın vaxtlarda müəyyənləşəcəyi bildirilib.

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi