Modern.az

Rusiya generalından Şuşa açıqlaması - FOTO

Rusiya generalından Şuşa açıqlaması - FOTO

Qarabağ

25 Aprel 2021, 23:33

“Şuşa şəhərinin sakinləri rus sülhməramlıları ilə birlikdə 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına monumental kompleksin elementlərinin təmizlənməsi və rənglənməsi, eləcə də bitişik ərazinin nizamlanması işlərini aparıblar”.

 

Modern.az Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bunu Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandir müavini, general-mayor Sergey Jmurin deyib.

 

“Bir ay əvvəl Zaqafqaziya bölgəsindəki Böyük Vətən müharibəsi qəhrəmanlarına və iştirakçılarına abidələrin düzəldilməsi kimi çox vacib bir layihəyə başladıq. 70-dən çox abidə qeydiyyatdan keçirdik. Bu gün bunlardan 50-dən çoxu qaydaya salındı. Bu gün biz Şuşa şəhərinin ərazisindəyik, burada da Böyük Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş abidə var. Azərbaycan tərəfi ilə birgə bu abidəni qaydasına saldıq. Bu iş təkcə ayrı-ayrı nöqtələrdə deyil, bütün bölgədə davam edir”, - deyə rus general bildirib.

 

Qeyd olunub ki, Qarabağda atəşkəs və hərbi əməliyyatlarla bağlı əldə olunmuş razılaşmaların icrasına nəzarət vəzifələrini icra edən Rusiya sülhməramlılarının təşəbbüsü ilə, məsuliyyət dairələrində və bitişik bölgələrdə Böyük Vətən müharibəsi əsgərlərinə həsr edilmiş abidələrin yaxşılaşdırılması aksiyası davam edir. Bu aksiya, abidələrin yerləşdiyi sərhədlər daxilindəki yaşayış məntəqələrinin sakinləri və Rusiya sülhməramlı kontingentinin Humanitar Yardım Mərkəzinin hərbçiləri ilə birlikdə həyata keçirilir.

 

Turan ASLAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir