Modern.az

Rektor kollektivə təqdim edildi

Rektor kollektivə təqdim edildi

Təhsil

26 Aprel 2021, 16:33

Lənkəran Dövlət Universitetinin (LDU) Elmi şurasının növbədənkənar islasında yeni rektorun təqdimatı olub. "Microsoft Teams" platforması üzərindən keçirilən Elmi şuranın iclasında Təhsil nazirinin müavini Firudun Qurbanov da iştirak edib.

Modern.az xəbər verir ki, iclası Elmi şuranın sədri, professor Natiq İbrahimov açıb və təqdimat üçün sözü Firudun Qurbanova verib. F.Qurbanov N.İbrahimovun Lənkəran Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında ölkə Prezidentinin 23 aprel 2021-ci il sərəncamını Elmi şura üzvlərinin diqqətinə çatdırıb. Təhsil naziri Emin Əmrullayevin adından Natiq İbrahimovu yüksək etimada –Lənkəran Dövlət Universitetinin rektoru təyin edilməsi münasibətilə təbrik edərək, ona çətin və məsuliyyətli işində uğurlar arzulayıb.
F.Qurbanov N. İbrahimovun bu ali təhsil ocağına rəhbərlik etdiyi 5 il müddətində LDU-ya dəfələrlə səfər etdiyini, universitetdə müsbət istiqamətdə baş verən yenilklərdən razı qaldığını, rektor əvəzinin ona tapşırılan işin öhdəsindən bu müddət ərzində bacarıqla gəldiyini, sağlam kollektiv formalaşdırdığını deyib, onun tərcümeyi-halı ilə şura üzvlərini tanış edib.

Son 5 il ərzində LDU-da tələbə kontigentinin bir neçə dəfə artdığını, maddi-texniki bazanın gücləndiyini, tədris prosesinin keyfiyyətcə yaxşılaşdığını faktlar əsasında şərh edən Təhsil Nazirliyinin rəsmisi yeni tədris korpuslarının, tələbə yataqxanasının, tələbə yeməkxanasının inşa edilərək istifadəyə verilməsini, turizm-tədris bazasının, yardımçı təsərrüfatın yaradılmasını, xaricdən yeni laboratoriyaların alınmasını, kənardan dəvət edilən müəllimlər üçün xidməti evlərin inşasını yüksək dəyərləndirib.  Bildirib ki, görülən bu işlər tədris prosesinə müsbət təsirini göstərib və kadr hazırlığının səviyyəsi artıb.

F.Qurbanov cənub bölgəsində yeganə ali təhsil ocağı olan LDU-nun regionun inkişafında mühüm rol oynadığından da geniş söz açıb, yaradılan texno-parkların ixtisaslı kadrlarla təminatının bu ali təhsil ocağının üzərinə böyük vəzifələr qoyduğundan, nəzəri-praktik biliklərin vəhdətdə tədrisindən danışıb.

Firudun Qurbanov çıxışında Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru Kamran Kazımovun oğlu, baş leytenant Vüsal Kazımovun Vətən müharibəsində qəhrəmanlıqla vuruşaraq şəhid olmasından da söz açıb.

Elmi şura üzvləri adından çıxış edən Kamran Kazımov Natiq İbrahimovun rəhbərliyi altında son 5 ildə LDU-da görülən çox miqyaslı işlərdən, onun işə yaradıcı yanaşmasından, sağlam , şəffaf təhsil mühit formalaşdırmasından, kollektivlə işləmək bacarığından danışıb.

Elmi şuranın iclasını yekunlaşdıran Natiq İbrahimov yüksək etimada görə ölkə başçısı İlham Əliyevə və Təhsil Nazirliyinin rəsmilərinə minnətdarlığını bildirib, onu dəstəkləyən kollektivin üzvlərinə təşəkkür edib və bunu əməli işi ilə doğruldacağını bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü