Modern.az

Avropa Birliyi Yerevandan mina xəritələrini tələb etdi – BƏYANAT

Avropa Birliyi Yerevandan mina xəritələrini tələb etdi – BƏYANAT

29 Aprel 2021, 10:40

Avropa Birliyi Ermənistanı mina xəritələrini Azərbaycana təqdim etməyə çağırıb.

 

Modern.az xəbər verir ki, Birliyin bu gün yaydığı bəyanatda Azərbaycan və Ermənistandan mina xəritələri ilə bağlı əməkdaşlıq etmək istənilib.

Bundan başqa, rəsmi Brüssel tərəflərə düşmənçilik və təhqir dolu ritorikadan çəkinməyə, əsirlərlə bağlı hərtərəfli əməkdaşlıq etməyə çağırış edib.

 

Xatırladaq ki, Ermənistanın Qarabağda minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi nəticəsində bu günə qədər 20-dən artıq Azərbaycan vətəndaşı həlak olub, onlarla insan isə yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi