Modern.az

Hüseynbala Mirələmovun universitetdəki vəzifəsi ona HƏVALƏ OLUNDU

Hüseynbala Mirələmovun universitetdəki vəzifəsi ona HƏVALƏ OLUNDU

29 Aprel 2021, 16:49

Azərbaycan Neft və Sənaye Universiteti Hüseynbala Mirələmovun rəhbərliyindən uzaqlaşdırılan Qaz-Neft Mühəndisliyi kafedrasına hələ ki yeni müdir təyin etməyib.

Bunu Universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov Modern.az-ın sorğusuna cavab olaraq deyib.

Onun sözlərinə görə, müvəqqəti olaraq kafedra müdiri vəzifəsini professor Qafar İsmayıllı icra edir:

“Hüseynbala Mirələmovun bu yaxınlaradək rəhbərlik etdiyi Qaz-Neft Mühəndisliyi kafedrasınən müdiri vəzifəsi müvəqqəti olaraq həmin kafedranın professoru Qafar İsmayıllıya həvalə olunub. Yaxın günlərdə universitetin daxili proseduru əsasında kafedra müdiri seçiləcək”.

Qeyd edək ki, Hüseynbala Mirələmov sosial şəbəkələrdə paylaşılan qeyri-etik görüntülərindən sonra aprelin 22-də kafedra müdiri vəzifəsindən azad olunub.

Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir