Modern.az

Prezident Lerikin icra başçısını Ağsuya göndərdi - SƏRƏNCAM

Prezident Lerikin icra başçısını Ağsuya göndərdi - SƏRƏNCAM

29 Aprel 2021, 17:05

Prezident İlham Əliyev Lerik Rayon İcra Hakimiyyətinin başçısını tutduğu vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncama əsasən, Rövşən Elmidar oğlu Bağırov Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Rövşən Bağırov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xatırladaq ki, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev ötən ilin noyabrında koronavirusdan vəfat etmişdi. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi