Arxiv
23 Oktyabr 2021, 11:29 | MƏDƏNİYYƏT
Vətən müharibəsinin yeganə xanım şəhidi - Arəstənin anım GÜNÜDÜR

23 oktyabr tarixi Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın anım günüdür. Yaşasaydı, bu ilin 4 mayında 32 yaşı tamam olacaqdı...

Modern.az-ın məlumatına görə, Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmazda anadan olub. Atası Kərim Baxışov Çernobıl qəzasının xilasedicilərindən olmuşdu. Anası Məktubə isə evdar qadındır.


Arəstə iki qardaşın bir bacısı idi. Onlar 4 yaşı olanda ataları dünyasını dəyişib.

Arəstə orta məktəbi yaxşı oxuduğu üçün ali təhsil almaq arzusunda idi, Tibb Universitetinə qəbul olunub hərbi həkim olmaq istəyirdi, amma ailənin maddi durumu ilə bağlı bunu gerçəkləşdirə bilməmişdi. O, Biləcəri qəsəbəsindəki Şuşa şəhər 3 saylı məcburi köçkün məktəbində orta təhsilini başa vurub.

Məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji Kollecinin İngilis dili fakültəsinə qəbul olunub. Kolleci bitirəndən sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına statist kimi işə düzəlib. İşləyə-işləyə kursa gedərək tibb təhsili alıb. Kursu başa vurandan sonra isə onu Beyləqandakı “N” saylı hərbi hissəyə operator vəzifəsində işləməyə göndəriblər.

Buna qədər Arəstə ailə də qurmuşdu, artıq iki övladı vardı. Ailə həyatı uğurlu olmadığından həyat yoldaşından ayrılmış, övladlarını anasının yanına qoymuşdu.


Arəstə Baxışova Beyləqanda hərbi hissədə işləməyə gedəndə övladlarını – indi 10 yaşı olan Zəhra ilə 11 yaşlı Mərdanı anasına həvalə etmişdi.

2020-ci ildə Vətən müharibəsi başlayanda Arəstə anasına zəng edib könüllü olaraq cəbhəyə gedəcəyini bildirmişdi.

Arəstənin cəbhədəki vəzifəsi yaralı əsgərlərə ilk tibbi yardım göstərib onları döyüş bölgəsindən uzaqlaşdırmaq olub. Onlarla yaralı əsgər onun göstərdiyi düzgün ilk tibbi yardım sayəsində həyatda qalıb, bu gün ailəsinə qovuşub.


Azərbaycan Ordusunun çavuşu, hərbi feldşer Arəstə Baxışova Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanından tibbi yardım göstərib.

2020-ci il oktyabrın 23-də Qubadlı uğrunda döyüşlərdə növbəti dəfə yaralı əsgəri döyüş meydanından çıxaranda aldığı güllə yarasından şəhid olub.

Arəstə Baxışova Biləcəridəki Şəhidlər məzarlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin… 

A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hər il COVID peyvəndi vurdurmaq lazım ola bilər 4 Dekabr 2021, 00:55 Bayden xəstələndiyini etiraf etdi 4 Dekabr 2021, 00:35 Rusiyadan daha 12 müəssisəyə pomidor idxalına icazə 4 Dekabr 2021, 00:21 Vətən müharibəsində iştirak etmiş həkimlər Milli Məclisdə 4 Dekabr 2021, 00:00 Mişa ona qurulan məhkəməni “milli biabırçılq” adlandırdı - Hər larinin hesabatını verməyə hazıram 3 Dekabr 2021, 23:50 QHT Agentliyi qrant müsabiqəsi elan etdi 3 Dekabr 2021, 23:44 Pakistandan yeni PUA təqdimatı   3 Dekabr 2021, 23:36 ABŞ-da abort qadağan edilə bilər 3 Dekabr 2021, 23:14 Daha bir ölkədə "Omicron" aşkarlandı 3 Dekabr 2021, 22:56 İki begemot koronavirusa yoluxdu 3 Dekabr 2021, 22:37 Aİ-dən Ukraynaya daha 1,4 milyon avro yardım 3 Dekabr 2021, 22:14 İraqdan “Bayraktar TB2” üçün 100 milyon dollar 3 Dekabr 2021, 22:01 Gürcüstanda azərbaycanlıların kəndində silahlı insident 3 Dekabr 2021, 21:51 BƏƏ Fransadan qırıcı və helikopter alır 3 Dekabr 2021, 21:28 “Qaraheybət” şəhidlərinin ailələrinə bu ödənişlər veriləcək 3 Dekabr 2021, 21:16 Yasamalda binada yanğın - Ölən var 3 Dekabr 2021, 20:52 Azərbaycanda vaksinə xərclənən vəsait 500 MİLYONA ÇATIR 3 Dekabr 2021, 20:37 Heydər Əliyev Fondu ilə UNICEF arasında  memorandum 3 Dekabr 2021, 20:32 Ərdoğan və Putin Soçi görüşünü müzakirə etdi - YENİLƏNİB 3 Dekabr 2021, 20:21 Göyçayın baş həkimi işdən ÇIXARILDI 3 Dekabr 2021, 20:09 Nazirliyin təklifilə bağlı qərar 3 Dekabr 2021, 19:59 Türkiyə ordusu şəhid VERDİ 3 Dekabr 2021, 19:31 Merkel bu tarixdə siyasətdən GEDİR 3 Dekabr 2021, 19:17 "Omicron" aşkarlanan ölkələrin SAYI 3 Dekabr 2021, 19:09 Bakıda 18 yaşlı qızı intihara məcbur edən şəxs HƏBS EDİLDİ 3 Dekabr 2021, 19:00 Türkiyə və Azərbaycan pilotları təlimdə - VİDEO 3 Dekabr 2021, 18:52 Son sutkanın vaksin STATİSTİKASI   3 Dekabr 2021, 18:45 Yoluxma sayı açıqlandı: 24 ölüm baş verdi 3 Dekabr 2021, 18:38 Vilayət Eyvazov əməkdaşlarına TƏLƏB QOYDU 3 Dekabr 2021, 18:30 Xəzərdə cəsəd qalıqları tapıldı 3 Dekabr 2021, 18:22 125 yaşlı Sona nənə dünyasını DƏYİŞDİ 3 Dekabr 2021, 18:15 Məşhur Xalq artisti vəfat etdi 3 Dekabr 2021, 18:08 BMU-dan əlil sahibkarlara dəstək 3 Dekabr 2021, 18:00 Oxçuçayla bağlı tədqiqat qrupu yaradılır 3 Dekabr 2021, 17:55 "Omicron" Braziliyada da AŞKARLANDI 3 Dekabr 2021, 17:50
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?