Modern.az

Kommunist Partiyası: “Ola bilsin sol qüvvələr seçkiyə vahid namizədlə qatılsın”

Kommunist Partiyası: “Ola bilsin sol qüvvələr seçkiyə vahid namizədlə qatılsın”

21 Sentyabr 2012, 15:58

Siyasi müstəvidə “solçu” mövqeyində dayanan Azərbaycan Kommunist Partiyası ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı öz prioritetlərini açıqlayıb. Partiya sədri, sabiq deputat Rauf Qurbanov Modern.az-a açıqlamasında seçki strategiyasına görə bəzi həmkarlarını tənqid edib. R.Qurbanovun sözlərinə görə, indiki durumda namizədlikdən danışmaq doğru deyil.

“Təbii ki, bizim partiya da ölkəmizdə keçiriləcək prezident seçkilərində iştirak edəcək. Sadəcə bu gün bir sıra partiyalar seçkiyə bir ildən çox vaxt qalmağına baxmayaraq, indidən öz  namizədlərini də açıqlayıblar. Mən bu addımı doğru hesab etmirəm. Özlərini necə namizəd elan edə bilərlər ki? Kim onlara zəmanət verir ki, namizəd olmaq üçün tələb olunan səsi toplaya biləcəklər. Bu baxımdan indidən seçkilərlə bağlı qabaqlaycı proqnozlar vermək doğru deyil. Hesab edirəm ki, özünə hörmət edən partiyalar indidən susmalıdırlar”, - deyə AKP sədri bildirib.

Son günlər digər partiyalarla aralarında yaranan gərgin münasibətlərə toxunan R.Qurbanov seçkiöncəsi “solçu”ların birləşəcəyini bildirib.

“Siyasətdə heç nə istisna deyil. Seçkiqabağı qruplaşma da ola bilər. Bizim solçularla birləşməyimiz də istisna deyil. Ola bilsin ki, sol qüvvərlə seçkilərdə vahid namizədlə təmsil olunsun. Bunu sadəcə zamanın tələbinə buraxmaq lazımdır. Hər şey dövrün hökmündən aslıdır”.

Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi