Modern.az

Sülhməramlıların Njdenin “kölgəsində” sıra düzülüşü... - TƏHLİL

Sülhməramlıların Njdenin “kölgəsində” sıra düzülüşü... - TƏHLİL

Analitika

8 May 2021, 16:24

Sabah – 9 mayda Rusiya sülhməramlıları faşizm üzərində qələbə münasibətilə Xankəndində sıra düzülüşü keçirəcək. Məqsəd faşizmə qarşı olduğu üçün 2019-u il Aşqabad toplantısından sonra İrəvanın faşizmi qəhrəmanlaşdırmasını gündəmə daşıyan və bunun üzərindən Rusiya ictimaiyyətində, eləcə də MDB məkanında Ermənistana qarşı etirazın formalaşdırılması strategiyasını izləyən Azərbaycanın parada loyal yanaşması anlaşılandır.


Müdafiə Nazirliyinin məlumatı da “vəziyyət nəzarətdədir” mesajının ötürülməsi idi. Lakin rus sülhməramlılarının paradına Xocavənddə faşizmə xidmət etmiş Qaregin Njdenin abidəsi söküləcəyi halda anlayış göstərmək olar.


Sülhməramlıların komandanı Muradovun ermənilərə 9 maya qədər vaxt verdiyi, ermənilərin isə buna etiraz etdiyi haqda məlumatlar var. Heykəllə bağlı separatçıların “təhlükəsizlik şurası katibi” Balasanyanın dedikləri diqqət çəkir: “Njdenin heykəlinin harada olmasına qərar vermirik. “Martuni camaatı” (Xocavənd) heykəli saxlamaq, yoxsa muzeyə köçürmək istədikləri haqda özü qərar verməlidir”.



Separatçı rejim bununla “məsuliyyəti” üzərindən atmaq və erməni əhalinin əli ilə heykəlin sökülməməsinə nail olmaq istəyir. Bu, Rusiyanın və onun sülhməramlılarının problemidir.


Njdenin heykəli sökülmədən parad keçiriləcəksə, üç nəticə ortaya çıxır:

  1. 1. Fəaliyyət göstərdiyi əraziyə nəzarət edə bilməyən rus sülhməramlıları birgəyaşayışı və sülhü də təmin edə bilməyəcək;

  2. 2. Rusiya Qarabağdakı separatçı-terrorçu rejimi dəstəklədiyi üçün onların əleyhinə olacaq addım atmır;

  3. 3. Njdenin heykəlinin “kölgəsində” keçiriləcək parad faşizmə qarşı yox, Azərbaycana qarşı “əzələ nümayişi”dir.

Hər üç halda Rusiya sülhməramlılarının missiyası sual altına düşür.

 
Asif Nərimanlı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır