Arxiv
8 May 2021, 17:42 |
"Qaçqınkom" yanında İctimai Şuranın növbəti iclası keçirildi

Mayın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın iclası keçirilib.

 

Dövlət Komitəsindən Modern.az-a bildirilib ki, iclasda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi Şuşada bu gün sürətlə bərpa-quruculuq işlərinin aparıldığı, milli mədəniyyətimizin beşiyi olan bu şəhərə yerli sakinlərin qayıdışına hazırlıq görüldüyü məmnunluqla diqqətə çatdırılıb.

 

Sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla yad edilib.

 

Şuranın sədri Anar Xəlilov qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinə dəstək vermək, böyük qayıdışın səmərəliliyini təmin etmək məqsədilə geniş ictimai fəaliyyətin vacibliyini vurğulayaraq bu sahədə qarşıda duran mühüm və təxirəsalınmaz vəzifələrdən danışıb. Şura üzvləri cari və perspektiv iş planlarını müzakirə edib, icrası nəzərdə tutulan məsələlər barədə rəy və mülahizələrini bildiriblər.

 

Qeyd olunub ki, şura üzvlərinin qaçqınlar və məcburi köçkünlərlə görüşləri daimi xarakter daşımalı, təbliğat tədbirləri müasir informasiya-kommunikasiya vasitələrindən geniş istifadə etməklə aparılmalıdır.

 

İclasda Dövlət Komitəsinin sədri Rövşən Rzayev iştirak edib, şuranın fəaliyyətinin səmərəli təşkili ilə bağlı fikirlərini bildirib, ictimai iştirakçılığın təmin olunmasına bundan sonra da lazımi kömək göstəriləcəyini diqqətə çatdırıb. Komitənin bundan sonrakı fəaliyyətində də İctimai Şuranın yaxından iştirakının vacibliyi vurğulanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropa çempionatında qolsuz matç 15 İyun 2021, 01:01 Corabları ilə NATO sammitinə damğasını vuran lider kimdir? - FOTO 15 İyun 2021, 00:56 Azərbaycan və Gürcüstan milliləri sülh bağladı 15 İyun 2021, 00:49 Qırmızı işıqda keçən maşın qəza törətdi - FOTO 15 İyun 2021, 00:37 Polşalı qapıçı tarixə düşdü 15 İyun 2021, 00:23 Ərdoğan Azərbaycana yola düşdü 15 İyun 2021, 00:08 Azərbaycanda Milli Qurtuluş Günüdür 15 İyun 2021, 00:01 “Türkiyə ilə ABŞ arasında həqiqi irəliləyiş əldə edəcəyik” - Bayden 14 İyun 2021, 23:53 Ərdoğan Baydeni Türkiyəyə dəvət etdi 14 İyun 2021, 23:37 Ruslar erməniləri Kəlbəcər və Xocavəndə APARDI 14 İyun 2021, 23:25 İngiltərədə koronavirusla bağlı məhdudiyyətlərin ləğvi təxirə salındı 14 İyun 2021, 23:14 Əli Əsədov iclas keçirdi - FOTO 14 İyun 2021, 23:03 Ağstafada "Son zəng" bıçaqlanma ilə başa çatdı 14 İyun 2021, 22:56 Ərdoğan Qarabağla bağlı NATO-dan dəstək istədi 14 İyun 2021, 22:49 Uels futbolçuları Bakıda gəzintiyə çıxdılar - FOTO 14 İyun 2021, 22:38 Polis əməkdaşını maşın vurdu 14 İyun 2021, 22:29 “Əlini daşın altına qoymaq vaxtıdır” - Ərdoğan Baydenlə görüşdən danışdı 14 İyun 2021, 22:18 Polşa Slovakiyaya məğlub oldu - AVRO-2020 14 İyun 2021, 22:05 Türkiyədə koronavirusa yoluxan və ölənlərin sayı artdı 14 İyun 2021, 21:58 “Ərdoğanla çox yaxşı bir görüşümüz oldu” - Bayden   14 İyun 2021, 21:44 Büdcə gəlirləri 9,735 milyard manatı ötüb 14 İyun 2021, 21:37 Ərdoğanla Baydenin görüşü başa çatdı - FOTO 14 İyun 2021, 21:28 NATO-dan Türkiyəyə minnətdarlıq 14 İyun 2021, 21:20 Rəşad Nəbiyevə yeni müavin təyin edildi 14 İyun 2021, 21:06 Braziliyada şəhid jurnalistlərlə bağlı bəyanat yayıldı - FOTO 14 İyun 2021, 20:55 Dövlət başçısı Daşaltıda tunelin təməlini qoydu - FOTO 14 İyun 2021, 20:45 Prezident Zəfər yolundakı körpü ilə tanış olub - FOTO 14 İyun 2021, 20:34 Prezident və xanımı “Füzuli” yarımstansiyasının açılışında - FOTO 14 İyun 2021, 20:15 "Köndələnçay su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq" - İlham Əliyev 14 İyun 2021, 20:07 Prezident: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır 14 İyun 2021, 19:47 BTC ilə nəql olunan neftin həcmi AÇIQLANDI 14 İyun 2021, 19:38 Ceyhun Bayramov Britaniyanın Dövlət Naziri ilə telefonla danışıb 14 İyun 2021, 19:25 Ulu öndərlə unudulmaz üç görüş - FOTOLAR 14 İyun 2021, 19:19 Azərbaycanda peyvənd olunanların SAYI... 14 İyun 2021, 19:01 Daha 119 nəfər COVID-19-dan sağalıb, 25 nəfər yoluxub 14 İyun 2021, 18:54
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?