Arxiv
11 May 2021, 16:52 | AKTUAL
Prezidentin Naxçıvandan verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır

 

"Biz müharibə tərəfdarı deyilik və müharibənin yenidən başlamasını və münaqişənin böyüməsini, alovlanmasını istəmirik. Azərbaycan daimi sülhü dəstəkləyir və bu səbəbdən də real addımlar atmaqdadır. Lakin təəssüflər olsun ki, qarşı tərəf hələ də revanşist fikirlərlə yaşayır və qisas almaq ümidini özlərində saxlayırlar. Bütün bunların fonunda Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı oradan səsləndirdiyi fikirlər çox böyük əhəmiyyət kəsb edir. Ümid edirik ki, Ermənistan tərəfi oradan verilən mesajlardan, cənab Prezidentin dediklərindən nəticə çıxaracaq və öz öhdəliklərini qısa müddətdə yerinə yetirməyə başlayacaqlar".

 

Modern.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev deyib.

 

Deputat bildirib ki, 30 ilə yaxın müddət ərzində sülh yolu ilə həll olunması arzu olunan münaqişənin həll edilməməsinin əsas səbəbləri ikili standartlar, beynəlxalq təşkilatların qarşı tərəfə - Ermənistana lazımi təzyiqləri etməməsi və beynəlxalq hüquqla qəbul olunan qətnamələrin yerinə yetirilməməsi ilə bağlıdır: “Ancaq Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ərzində bunu etdi, düşməni, erməni terrorçularını və faşistlərini bu ərazilərdən qova bildi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. İkinci Qarabağ müharibəsində Naxçıvan da fəal iştirak etdi və bütövlükdə ölkə hüdudlarının müdafiə edilməsində mühüm rol oynadı. Vətən müharibəsində Naxçıvanda dislokasiya olunmuş hərbi hissələrin hərbçiləri misilsiz fədakarlıq və şücaət nümayiş etdirdilər. Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış hərbi texnikaların gətirilməsi isə Muxtar Respublikanın müdafiə potensialının möhkəmlənməsi işinə böyük töhfədir”.

 

N.Həmzəyev qeyd edib ki, tarixi Zəfər nəticəsində yeni nəqliyyat dəhlizinin açılması hesabına Naxçıvan Muxtar Respublikasının 30 illik blokadasına son qoyulacaq: “Qarabağ Zəfəri qədər bizim üçün ən böyük nailiyyətlərdən biri də Zəngəzur dəhlizinin işə düşməsi idi və bu dəhlizin fəaliyyətə başlaması üçün Azərbaycan lazımi addımları atır, yolların bərpası üçün real işlər görülür. Amma təəssüf ki, qarşı tərəf müəyyən dərəcədə bu prosesi ləngitməyə çaışır. Həm də Qarabağda minalanmış ərazilərin xərtiəsini verməkdə gecikirlər və xəritəni təqdim etmək istəmirlər. Həmçinin Zəngəzur dəhlizinin fəaliyyətə başlaması üçün bəhanələr ortaya atırlar. Ancaq istənilən halda unutmamalıyıq ki, Azərbaycan öz ordusunun gücünü və potensialını günü-gündən artırır. Çox böyük təcrübəyə malik Azərbaycan Ordusu hər an bölgədə baş verə biləcək istənilən təxribatın qarşısını almağa və düşmənə yenidən ağır zərbə endirməyə hazırdır. Bu baxımdan da dövlətimiz öz ordusunun qüdrətini artırmaqla paralel olaraq, hərbi xərcləri daha da artırır. Məqsəd odur ki, Azərbaycan həmişə güclü olmalıdır, dövlətimiz regionda ən güclü orduya sahib ölkədir və bu uğuru gələcəkdə də qoruyub saxlamalıdır. Bütün bunlar olacağı təqdirdə, qarşı tərəf bizim diktəmizlə yaşamağa məhkumdur. Əks təqdirdə, düşmən yenidən xarici qüvvələrin təsiri ilə bəzi xəyallara qapıla bilər və Azərbaycana qarşı hansısa terror və hərbi cinayətlər törədə bilər”.

 

Deputatın sözlərinə görə, Ermənistan reallığı gec-tez anlayacaq və onlar Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun nələrə qadir olduğunu dərk edirlər və həmişə də bunu nəzərdə saxlayacaqlar: "Düşmənin edəcəyi hansısa bir səhv mütləq ki, yenidən dəmir yumruğun başlarına dəyəcəyini anlamağa onlatı məcbur edəcək. İstənilən halda, Azərbaycan diktə edən tərəfdir, Ermənistan isə reallıqları dərk etməsə, öz müstqəilliklərini şübhə altına salmış olacaqlar. Ermənistanın tək çıxış yolu Azərbaycan və Türkiyə ilə dostluq əlaqələrini qurmaq və götürdüyü öhdəliklərə uyğun olaraq kommunikasiya xətlərinin bərpası üçün özləri tərəfindən etməli olduğu addımları qısa müddətdə atmaq və region dövlətlərinə qarşı ərazi iddialarından əl çəkməkdir. Bunları edəcəyi təqdirdə, Ermənistan regionda öz inkişaflarını təmin etmiş olacaq, əks təqdirdə isə onlar özlərini təcriddə saxlayacaqlar. Bu isə Ermənistanın məhvinə gətirib çıxara bilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İƏT hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib 18 İyun 2021, 10:10 Azərbaycan ziyalıları ən doğru seçimi etdi 18 İyun 2021, 10:05 Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr aparılır 18 İyun 2021, 10:00 Bu tələbələrə güzəşt ediləcək - Nazir açıqladı 18 İyun 2021, 09:54 Dünyadakı qaçqınların 82 milyonu ÖTDÜ 18 İyun 2021, 09:48 8 Noyabr prospektində qəza - FOTO 18 İyun 2021, 09:42 Müğənni Nura Surinin oğlu qəzaya düşdü - VİDEO 18 İyun 2021, 09:36 Nazirlik göldə batan hərbçinin axtarışına BAŞLADI 18 İyun 2021, 09:30 “Kənddən Şəhərə” yarmarkaları təşkil olunur - ÜNVANLAR 18 İyun 2021, 09:25 Neft ucuzlaşdı 18 İyun 2021, 09:20 Bakı küçələrində oğurlanan milyonlar, qanunsuz sərnişindaşımaları, ölüm qəzaları - ARAŞDIRMA 18 İyun 2021, 09:15 Bərdədə kombayn YANDI 18 İyun 2021, 09:08 Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası 18 İyun 2021, 09:03 Manatın xarici valyutalara qarşı məzənnəsi 18 İyun 2021, 09:00 Türkiyə 84 miqrantı xilas etdi 18 İyun 2021, 08:51 Ermənistan ordusu Xankəndidən könüllü çıxmasa… 18 İyun 2021, 08:45 İranda prezident seçkiləri keçirilir 18 İyun 2021, 08:14 Niderland 1/8 finalda 18 İyun 2021, 00:58 İsrail qırıcıları Qəzzanı bombaladı 18 İyun 2021, 00:54 Azərbaycan və Gürcüstan XİN rəhbərləri Antalyada görüşəcək 18 İyun 2021, 00:48 Putin Dumaya seçkilər təyin etdi 18 İyun 2021, 00:34 Teledərslərin bu günə olan CƏDVƏLİ 18 İyun 2021, 00:20 Zaxarova Rusiya jurnalistlərinə münasibəti pislədi 18 İyun 2021, 00:06 Gülüstan sarayı yaxınlığında yanğın - FOTO 17 İyun 2021, 23:52 Moskvada sürətlə yayılan aqressiv koronavirus növü aşkarlandı 17 İyun 2021, 23:37 Türkiyədə daha 62 nəfər virusdan öldü 17 İyun 2021, 23:23 Paytaxtda ər arvadını bıçaqladı 17 İyun 2021, 23:14 BMT baş katibi Bayden-Putin görüşünü alqışladı 17 İyun 2021, 23:03 Bakıda qardaş bacısını bıçaqladı 17 İyun 2021, 22:48 81 yaşlı qadının pulunu oğurlayan şəxs saxlanıldı - FOTO 17 İyun 2021, 22:35 FHN ölkə ərazisindəki yanğınların səbəbini açıqladı 17 İyun 2021, 22:22 Mahir Emreli debüt matçında het-trik etdi 17 İyun 2021, 22:09 Belçika 1/8 finalda 17 İyun 2021, 21:54 Avropa çempionatları tarixində ikinci ən erkən qol vuruldu 17 İyun 2021, 21:36 UEFA-dan Ronaldonun hərəkətinə reaksiya 17 İyun 2021, 21:25
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?