Modern.az

Bakının əsas küçə və prospektlərində sıxlıq var

Bakının əsas küçə və prospektlərində sıxlıq var

Aktual

11 May 2021, 17:48

Hazırda Bakının Heydər Əliyev prospektinin hava limanı istiqamətində (“Koroğlu” metrostansiyasının qarşısında) və kənar yolunun şəhər istiqamətində, eləcə də Rəşid Behbudov və Abbasqulu Ağa Bakıxanov küçələrinin kəsişməsində aparılan təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

 

Məlumata görə, daha çox sıxlıq “Böyük Şor” qovşağının üstündə və R.Behbudov küçəsində müşahidə olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır