Modern.az

Türkiyədə bu tarixdən mərhələli yumşalma planlaşdırılır

Türkiyədə bu tarixdən mərhələli yumşalma planlaşdırılır

12 May 2021, 00:35

Türkiyədə COVID-19-la mübarizə tədbirləri çərçivəsində aprelin 29-dan başladılan tam qapanma rejimi mayın 17-də başa çatacaq. Tətbiq olunan qadağanın əsas məqsədi yoluxma, ağır xəstə və yeni növ koronavirusdan ölüm saylarının mümkün qədər azaldılmasıdır.

 

Modern.az xəbər verir ki, qapanmadan sonra Türkiyədə yoluxma sayının ən çox on min olacağı təqdirdə mərhələli yumşalma mərhələsinə keçiləcək. Bu mərhələdə ilk növbədə kiçik sahibkarlıq subyektlərinin açılması və ənənəvi təhsilə keçilməsi nəzərdə tutulur.

 

Mütəxəssislər yumşalma prosesinin mərhələli şəkildə aparılacağı, yüksək ehtimalla ənənəvi təhsilin bərpa olunacağı, kiçik sahibkarlıq subyektlərinin açılacağı, lakin, toy və yas kimi insanların sıx toplanacağı mərasimlərin keçirilməsinə hələ icazə verilməyəcəyi barədə həmfikirdirlər. Bundan əlavə kafe, restoran, gözəllik salonları və bir sıra özəl qurumların məhdud sayda müştəri qəbulu ilə açılacağı, yaş həddinə görə məhdudiyyətlərin yumşaldılacağı da gözlənilir. Böyük ticarət mərkəzlərinin isə qapanmadan sonraki on gün ərzində yoluxma halları nəzərə alınaraq mərhələli şəkildə fəaliyyətə başlaması planlaşdırılır.

 

Türkiyədə 17 gün davam edən qapanmanın nəticələrinə gəldikdə isə, xəstəliyin rekord həddə çatdığı İstanbulda hazırda yoluxma hallarında 34, yatan xəstə sayında 24, ağır xəstə sayında isə 21 faiz azalma müşahidə edilir.

 

Qeyd edək ki, tam qapanmadan yumşalma mərhələsinə keçid planı ilə bağlı ölkənin Nazirlər Kabinetinin növbəti iclası keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi